İsveçin Dalarna əyalətində 9550 yaşlı küknar aşkar olunub. Nadir ağacı və yaşca ondan çox da kiçik olmayan bir sıra agacları Umeo Universitetinin alimləri öyrəniblər. Dağlıq yerdə bitən bu ağac uzun illər idi ki, nisbətən cavan hesab olunurdu. Lakin yeni tədqiqat göstərib ki, bu, heç də belə deyil. Alimlər 375, 5660, 9000 və 9550 (bu rəqəmlər karbon izototplarının analizi əsasında müəyyən edilib) yaşlı qədim ağacların qalıqlarının dörd nüsxəsini tapıb. Maraqlıdır ki, əslində məhv olmuş hər belə ağac üzərində bir cavan küknar bitirdi. Qədim qalıqlardan götürülmüş genlərin analizini apararkən tədqiqatçılar gözlənilməz uyğunluqla rastlaşıblar. Alimlər təsdiq edirlər ki, əslində küknar eynilə “altındakı” qalıqların malik olduğu genetik materiala malikdir. Bu isə o deməkdir ki, qədim ağac, sadəcə, pöhrə verib. Qeyd edək ki, əvvəlki ən qocaman ağacların - Şimali Amerikadakı şam ağaclarının 4-5 min yaşı olduğu göstərilmişdi.
|