2009-cu ildə amerikalılar rus alimləri ilə birgə aya Sentavr – 500 kiloqram çəkidə silindir mərmi göndərməyə hazırlaşır. Sentavrın məqsədi aya güclü zərbə endirmək və toz dumanı qaldırmaqla öz növbəsində bundan dərhal sonra göndəriləcək tədqiqat aparatının təhlil edilməsinə imkan yaradacaq. Bir çox tədqiqatçılar belə fikirdədirlər ki, bu bombalama yerin peykinə heç bir təhlükə törətməyəcək. “ Bu aya zərbə təsirinin ən işlənmiş variantıdır. Mən bir daha bildirirəm, bu partlayış deyil. Orada heçnə partlamayacaq.”, - deyə RAN kosmik tədqiqatlar instutunun elmlər doktoru İqor Mitrofanov bildirmişdir. Belə ki, bəzi tənqidçilər bildirirlər ki, bu yolla bəzi ölkələr gizli silahlarını sınaqdan keçirmək istəyir. Bir sıra alimlər isə düşünürlər ki, ayı mümkün hər bir yolla tədqiq etmək lazımdır. Ay, öz tarixi boyunca yüz minlərlə dəfə kosmik hücumlara məruz qalmışdır. Onun üst təbəqəsi bu günə qədər müxtəlif meteoritlərin hücumuna məruz qalır. Belə ki, ayın öyrənilməsi illərində o, bir neçə dəfə insanların iradəsi ilə bombalanmışdır. Misal olaraq 1959-cu ilin sentyabrında sovetin “Luna-2” kosmik aparatı Ayın üst təbəqəsinə çatmışdır. Bu zaman ağır aparat yüksək surətlə ayın səthinə çırpılmışdır. Yalnız 10 ildən sonra, 1969-cu ildə amerikanın “Appalon-11” kosmik gəmisi Nil Amstronqun rəhbərliyi ilə ayın səthinə enə bilmişdir. Bundan başqa ABŞ və Rusiyadan başqa Çin də ayda tədqiqat aparmağa maraq göstərir. Son vaxtlar Çin ayın tədqiq edilməsində ciddi addımlar atmışdır. Belə ki, ilk çinli kosmanavt Yan Li Vey dörd il bundan öncə, 15 oktyabr 2004-cü ildə ayda olmuşdur. |