Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
18:24
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Azərbaycanda 1 nömrəli rep kim deyir ?
[ Netice · Diger ]
Cavablar: 130

Мини-чат

Статистика

Saytda Olanlar 6
Qonaqlar 6
İstifadəçilər 0

  

22:33
Elmin Açıqlaya Bilmədiyi Kəşflər.
1900-ci illərin başlarında 250-ə yaxın heroqlif Sydney'inn 100 km şimalındakı Hunter Valley milli parkında kəşf edilmişdir (Avstraliya). Bunlar qədim Misir heroqlifləridir. Şübhəyə yer buraxmayacaq olan qədim Misir Tanrısı "Anubis" şəkili ilə birlikdə heroqliflər bu sualı ağla gətirir: Görəsən qədim Misirlilər Avstraliya getmişlərdi?

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Elmin açıqlaya bilmədiyi kəşflər #2

Lochness canavarını göstərən bu fotoşəkil 70-ci illərdə çəkildi. (Gerçək olub olmadığını bilmirik)
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -


Kəllə sümüyü Peruda (Ica) tapılmışdır. İlk baxışda günümüzdəki insanının kəlləsinə bənzəməkdədir, ancaq sual işarələrinə gətirib çıxaran bir neçə faktor önə çıxmaqdadır. Göz boşluqları günümüzdəki insanının göz boşluqlarından 15% daha böyükdür. Beynin iştirak etdiyi boşluq isə 2600-3200 sm arasında dəyişməkdədir. Müasir insanın kəlləsindəki beyin boşluğu tutumu 1450 smdir !!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Elmin açıqlaya bilmədiyi kəşflər #2
Yuxarıda Alban dağına qazınmış pərvanəli bir təyyarəni xatırladan qədim dövrlərə aid bir şəkil görürsünüz. Olmek birliyinin inanılmaz və çözümlənə bilməyən nümunələrindən biridir..
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Elmin açıqlaya bilmədiyi kəşflər #2
Bu qızıl maket Kolomb əvvəli dövrə aid bir məzarda tapılmışdır. Təxminən 1800 illikdir. Görünüşə görə bir təyyarənin doğru ölçülü maketi kimi dayanır. (Delta qanadlı, mühərrik yerinə sahib, pilot kabini var, quyruq qanadları belə doğru şəkildə təsvir edilmişdir.) Cənubi Amerikada buna bənzər bir çox əsər tapılmışdır.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Elmin açıqlaya bilmədiyi kəşflər #2
1737-ci ildə köhnə yunan xəritələrindən kopiyalanaraq çəkilmişdir. Xəritə Antarktidanın buzla örtülü olmadan əvvəlki halını da göstərməkdədir. Təəcüb doğuran isə budur: əgər bu gün Antarktida buzla örtülü olmasaydı Ross və Weddell dənizləri bu quru parçasının ortasından keçərək qitəni 2 böyük parçaya ayırmış olacaqdı. Bu fikrə isə ancaq müasir geologiya araşdırmaları nəticəsində 1968-ci ildə fərqinə varılmışdı.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Elmin açıqlaya bilmədiyi kəşflər #2
Peru'dakı Ica çölündə tapılan və minlərlə il əvvəlinə aid Ica daşları ağılları qarışdırır. Dr. Javier Cabrera böyük bir səbrlə bu daşları kolleksiyasında yığmış və minlərlə daşdan ibarət olan bir muzey açmışdır. Bu daşlara qazılmış olaraq, ürək nəqlini göstərən əməliyyatlardan dinozavrları ovlayan insanlara qədər bir çox hadisə göstərilməkdədir. Hətta evcilləşdirilmiş dinozavrların üzərində oturan insanlar belə təsvir edilmişdir.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -


Bu spiral cisimlər 1991-93 illəri arasında Rusiyadakı Ural dağlarının şərqində olan kiçik bir dərə Narada tapılmışdır. Boyları ən çox 3 sm olan bu cisimlərdən (inanılmaz amma) 0,003 mm. olanları da tapılmışdır. Böyük olanları misdən, kiçik və çox kiçik olanları isə çox nadir rast gəlinən "tungsten" və "molybdenum" maddələrindən düzəldilmişdir. Mikroskopla edilən araşdırmalar nəticəsində spirallar qüsursuz bir şəkildə "qızıl nisbət" texnikasıyla düzəldilmişdi. Daha da təəccüblü olan şey isə: bütün elmi araşdırmaların göstərdiyi kimi bu cisimlərin yaşlarının 20.000 ilə 318.000 il arasında dəyişdiyidir. Bu yaş fərqi cisimlərin tapıldıqları dərinliyə görə dəyişməkdədir.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -


1932-ci ildə Pedro Dağlarında tapılmış bir mumiya. (ABŞ ,Wyoming əyaləti, Casper şəhərinin 60 mil cənub qərbi). Mumiya tünd bürünc rəngində və olduqca büzülmüş vəziyyətdədir. Həyatdaykən boyu 35 sm-i keçmirdi! Rentgen şüalarıyla edilən araşdırmada bu canlının ağırlığının 5,5 kq olduğu ortaya çıxarıldı. Cinsiyyəti kişi və bütün dişləri yerində. Öldüyündə aşağı yuxarı 65 yaşında idi. Mumiya 350 qr ağırlığındadır. Alını çox aşağıdadır. Əzik bir burnu ilə böyük və geniş burun dəlikləri vardır. Çox geniş ağızı ilə incəcik dodaqları vardır. Bu varlıq bilinən insan növlərindən çox daha kiçik idi. Bəzi araşdırmacılara görə bu çox kiçik ölçülərdə olan bir irqin üzvü idi.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -


Livan'ın Ballbek şəhəri yaxınlarındakı işlənmiş nəhəng qaya blokları. Bu daşlar minlərlə il əvvəlində bura gətirilmişdi. Şəkildə gördüyünüz parça 1050 ton ağırlıqda və 25 metr uzunluğundadır. Bu "momolit " taxma adlı blok dünya üzərindəki işlənmiş ən böyük daş blokdur. Sual bu: Bu daşları kimlər və necə bura gətirə bilmişdi?
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Elmin açıqlaya bilmədiyi kəşflər #2
Peru'dakı bürünc dişlilər. Müasir dişlilərdən fərqi yox kimi. Tək fərqi çox uzun zaman əvvəl düzəldilmiş olmalarıdır.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Elmin açıqlaya bilmədiyi kəşflər #2
Məşhur "Kiev Astronavtı ". Bu heykəlcik Avropa'da tapılan "astronavt " xüsusiyyətlərini göstərən tək tapıntıdır. Yaşı çox qədimdir.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Elmin açıqlaya bilmədiyi kəşflər #2
Tarix əvvəlinə aid kiçik yapon heykəlcikləri. Yaxalarında civədə daşıyan bu heykəlciklər bir növ kosmos başlığı və paltarı daşımaqdadır. Hətta bunlardan biri çox böyük eynək taxmaqdadır. Sanki günəş işığından qorunmaq istər kimi.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -


Filippo Lippi tərəfindən edilən "La Madonna e san Giovannino" cədvəli. (XV əsr) Yuxarıdakı tünd rəngli və işıq saçan cisim sanki hərəkət edir kimidir. Çünki seyr edənlər var. Cədvəldəki adam və it. Rəssamın cədvəlinə əks etdirdiyi bu cisim heç bir inanc və dini izahatla əlaqəli görünmür. Roma dövründə olduğu kimi günümüzdədə UNO fenomenləri eyni şəkildə müşahidə edilməkdədir.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Elmin açıqlaya bilmədiyi kəşflər #2
Bu şəkildə Antikythera mexanizmini görməkdəsiniz. Sağ tərəfdə isə texniki sxemi yer almaqdadır. 1900-cü ildə Girit adasında tapılmışdır. E.ə. I əsrə aiddir. Bu qədim bürünc mexanizm bizə köhnə sivilizasiyaların düşündüyümüzün əksinə daha irəli bir texniki məlumata sahib olduğunu sübut edir. Astronomik təqvim olduğu düşünülən bu mexanizmada (ya da bir maşının parçası ) içində başqa dişlilərdədir.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Elmin açıqlaya bilmədiyi kəşflər #2
1895-ci ildə İrlandiyada Dyer tərəfindən mineral araşdırmaları əsnasında tapılan bir nəhəng cinsi. Boyunun müqayisə edilməsi məqsədiylə bir qatar vaqonunun önünə qoyulmuşdur. Yüksəkliyi 3 metr 70 santimetr və ağırlığı 2050 kg.dır.(daşlaşmış olduğu üçün daha ağır gəlir hərhalda) Sağ ayağı 6 barmaqlıdır. Ancaq daha sonra bu nəhəng cinsinə və sahibinə nə olduğunu kimsə bilmir.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -

Elmin açıqlaya bilmədiyi kəşflər #2
Təəcüb doğuran bir şəhər daha. Livandakı Balbek şəhəri. 20 metrdən daha böyük daşlarında istifadə edildiyi bu qədim şəhər Roma imperatorluğundanda qədimdir. Hətta Şumerlilərin məlumatlarına görə bura qədim bir şəhər idi o zamanlar. Daşların böyüklüyünü göstərmək məqsədlə 2 adam strukturların arasında dikilir. Bu gün kimsə buranı kimlərin etdiyini, necə etdiyini, nə məqsədlə və nə vaxt etdiyini bilməyir. Müasir elm isə Balbek'i görməzlikdən gəlməyə davam edir.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Elmin açıqlaya bilmədiyi kəşflər #2

Bu cisim Kanada'nın Şimal qütb bölgəsindəki Axel Heiberg adası köhnə cinslər kolleksiyasında tapılmışdır. Araşdırmalar bunun bir insan barmağı cinsi olduğunu göstərir. Bu cins 100 ilə 110 milyon il əvvəlinə aiddir (Creataceous geoloji dövrü). Bu cins "DM93-083" nömrəsiylə arxivlənmişdir. Rentgen şüalarıyla edilən araşdırma nəticəsində yuxarıdakı şəkildəki qara qisimlərin barmaq sümüklərinə aid olduğu ortaya çıxmışdır. Bu qədər köhnə zamanlarda insan yaşamış ola bilərmi ?
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -


İstehsalı bitirilməmiş bir Obelisk (dikili daş). İndiki zamanda dikili olan ən böyük obeliskten 2 qat daha böyükdür. İstehsalında bir çox Misir məbədinin inşasında olduğu kimi qırmızı qranit istifadə edilmişdir. Təxminən 40 metr yüksəkliyində və 1150 ton ağırlığındadır. (Əgər bitirilmiş olsaydı)
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Elmin açıqlaya bilmədiyi kəşflər #2

Bogota yaxınlarında tapılmış bir insan əli cinsi. Fosilləşdiyi qayanın yaşı 100-130 milyon ildir. Yəni, cins də o qədər il əvvəl meydana gəlmişdir.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Elmin açıqlaya bilmədiyi kəşflər #2

Bu 120 milyon illik daş parçasının səthi, Ural bölgəsini göstərən (belə demək olarsa) bir xəritəylə bağlıdır. Görünüşə görə bu qədər köhnə bir xəritənin olması qeyri-mümkündür. Bashkir State Universitetindəki elm adamları, çox qədim zamanlarda inkişaf etmiş sivilizasiyaların olduğuna dair dəlillərdən biri olaraq şərh edirlər əsəri. Bu həqiqətən də insan əliylə düzəldilmiş bir relyefdir. Günümüzdəki xəritələri ilə haradasa eyni xarakterik xüsusiyyətləri sərgiləməkdədir. Xəritə adi insan işləri göstərməkdə yəni uzunluğu 12.000 km kanallar, çaylara çəkilən güclü anbarlar və s. Kanallardan çoxda uzaqda olmayan yerdə almaz formasındakı yerlər göstərilmişdir.( Nə izah etdiyi bilinməməkdədir). Ayrıca xəritə bəzi yazıları da ehtiva etməkdədir. Hətta ədədlər belə vardır. Elm adamları əvvəl bunun qədim Çin tərəfindən düzəldildiyini düşündülər. Daha sonra bu düşüncə bilinməyən bir qaynağa aid heroqlif-syllabic növü yazıya dönmüşdür. Elm adamları bu yazıları indiyə qədər çözə bilmədilər.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -


1945-ci ildə Waldemar Julsrud adlı təcrübəli bir arxeoloq El Toro dağı ( Meksika ) ətəklərində basdırılmış vəziyyətdə gildən edilmiş kiçik heykəlciklər tapdı. Daha sonra El Tro şəhəri yaxınlarında və şəhərin digər tərəfində Chivo dağ yaxınlarında farfordan edilmiş 33.000'den çox heykəlcik tapıldı. Tapıntılar Chupicuaro klassik mədəniyyət əvvəlinə aid idi. (E.ə. 800-200'ə qədər olan dövr). Ttapılan heykəlciklər 65 milyon il əvvəl yox olduqları düşünülən müxtəlif növlərdəki dinozavrları qüsursuzca təsvir edirdi. Müasir elm dövründə nəyə bənzədikləri ancaq təhlil edilən tarix əvvəli bu varlıqları necə oldu ki belə köhnə bir sivilizasiya qüsursuzca sənət əsərlərinə əks etdirə bilmişdi? İnsan görmədən təsvir edə bilməz...
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -


Yeni Zellandada tapılan çox qədim bir sivilizasiyaya aid qüsursuzca yerləşdirilmiş daşlardan ibarət olan divarlar tapıldı. Bu divarları düzəldən sivilizasiya haqqında ən kiçik bir məlumat belə yoxdur.
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Elmin açıqlaya bilmədiyi kəşflər #2

1877-ci ildə Montezuma tunel şirkətinin bir tunel çalışması əsnasında 50 milyon il köhnə olan bir lava axıntısının içində bir toxmaq ilə bir qab tapıldı.( Table dağı - California) Toxmaq təxminən 30 sm uzunluğunda və qab isə 10 sm diametrindədir. Bu tapıntıdan belə nəticə çıxır: 50 milyon il əvvəl yanardağdan fışqıran lavalar sel olub axarkən bu toxmaq ilə qab orada idi və ikisidə lavanın içində basdırılmış qaldılar. 50 milyon il əvvəl!
Категория: Müxtelif | Просмотров: 1442 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
Leyla yazdıki >> Tsk xebere gore 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.144
Tarix: 13.06.2011 ,11:30.

0  
 
Məhəmmədəli yazdıki >> xeber ucun tesekkurler 
__________
İstifadəçiəçi Adı:QaraQan_282
İP:178.76.27.188
Tarix: 25.03.2011 ,16:33.

0  
 
Leman yazdıki >> TŞK XEBERE GÖRƏ 
__________
İstifadəçiəçi Adı:Ayka_282
İP:212.47.132.69
Tarix: 25.03.2011 ,14:11.

0  
 
ELŞEN yazdıki >> Bu dünyada daha ne cür faktlar var onu ancaq ALLAH bilir 
__________
İstifadəçiəçi Adı:OMEN_666
İP:82.118.139.25
Tarix: 25.11.2008 ,20:28.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь
«  Noyabır 2008  »
B.EÇ.AÇerC.AŞeBaz
     12
3456789
10111213141516
17181920212223
24252627282930

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024