Əsl Azərbaycanlı xüsusiyyətləri
⊕ Qəzetlərdəki şəkillərə mütləq saqqal, bığ və eynək çəkir;
⊕ Mobil telefon zəngi çalınanda "Kimdir e bu?" deyib hirsli üz ifadəsiylə "Alooo" demək. Mobil telefonla danışanda ilk olaraq "Hardasan?" soruşmaq. Mobil telefonla danışanda mütləq divara yaxınlaşmaq və ya kənara yavaş-yavaş getmək, əyilərək danışmaq və təbii ki qışqırmaq hər azərbaycanlının borcudur;
⊕ Maşını yolun ortasında saxlayıb dükana getmək;
⊕ Küçədə məşhur bir adamı görəndə yanından hələ bil heç tanımadığı kimi keçir, sonra isə arxasına dönüb yanındakı insana "Bax, bax... Tanıdun?" deyir;
⊕ Azərbaycanlı taksi sürücüləri özlərindən başka sürücü tanımırlar, marşrutka sürücülərini isə vapşe adam saymırlar;
⊕ Toyda müğənni ilə şəkil çəkdirib, sonra bu şəkili qohum-əğrəbəyə göstərib guya onunla çoxtan tanış olduğunu söyləyir;
⊕ Işıqforun qırmızı işığında duranda burnunu qurdalamaq. Burnundan nesə çıxardıb ona diqqətli baxmaq. Yaşıl işıq yanan kimi siqnala basmaq;
⊕ Qar yağanda evə çoxlu çörək almaq;
⊕ İşıq sönəndə əvvəl Barmekin anasını, sonra hökümətin babasını yada salmaq;
⊕ Kostüm və qalstuk giyəndə özünü hələ bil ömür boyu kostüm giymiş aristokrat balası kimi aparmaq. Kostümlu insanın ağ corab giyməsinə və əli cibində olması gərəkdiyinə səmimi qəlbdən inanırlar;
⊕ Evli olanlar subaylara "Hələ düz eləyirsən evlənmirsən" deyir. Yaşlılar cavanlara "Vaxtında evlənmək lazımdır" deyir, amma bu vaxt haçandır özləri də bilmir;
⊕ Maşınla gedəndə tanış adam görən kimi maşını zarafatçun üstünə sürmək və signal vermək milli qanundur;
⊕ Tək olanda Torqovidan ciddi üz ifadəsiylə tez-tez keçərək, guya ki burda gezmir, nesə işi var görüntüsünü yaradmaq istəyir;
⊕ Talkuçkadan aldığı bütün malları guya firmenni dükkandan aldığını bütün tanış-bilişə deyir;
⊕ Mobil telefon satış dükkanlarında saatlarca vitrinin qabağında durmaq;
⊕ Yolun ortasında rezka durub mobil telefonun ekranına qoyun kimi baxmaq. Darıxanda telefonun bütün zənglərini dalbadal çalmaq;
⊕ Marşrutkada telefon zəngi çalanda sakit səslə "5 dəyqə sonra ordayam" və ya "Gəlirəm, gəlirəm" demək;
⊕ İş axtaran insana mütləq "Dil bilirsən?" soruşmaq;
⊕ Küçədə uşaqlar maşını yuyanda yanlarında əli cibində durub çox intellektual üz ifadəsiylə pakrışkaların qaraldılmasına nəzarət etmək;
⊕ Təzə salınmış asfaltda mütləq ayaq izi qoyulmalıdır;
⊕ Torqovını baştan başa bir neçə dəfə keçmək; |