Dənizkənarı parkdan bir qədər aralı Bakı qalasının cənub-şərq hissəsində Qız qalası adlanan əzəmətli bir qalala uçalmaqdadır.28metrə malik olan bu qala Abşeron feodal müdafiə tikintilərinin ən qüdrətlisi və ən qədimidir.Bu möhtəşəm abidənin tikildiyi tarix hələlik tam məlum deyil. Amma qalanın xarici divarları üzərində bir kitabə vardır ki,orada ərəb dilində belə sözlər yazılmışdır "Davudun oğlu Mə'sudun qülləsi". Bə'zi tətqiqatçılar bu kitabənin Qiz qalasını tikidirən feodal hakimin adını göstərdiyi ehtimal edilir. Lakin belə quruluşlu və lokanik məzmunu olan kitabələr adətən binanı tikən ustaların adını göstərir ona görə də "Davudun oğlu Mə'sudu" Qiz qalasının müllifi olduğunu qəbul etmək daha doğrudur.Kitabə xətti üslubu etibarı ilə Xll əsr yazısına yaxındır. Bunu nəzərə alan mütəxəsizlər Qiz qalasını Xll əsrdə tikildiyi ehtimal edirlər. Qiz qalası iki hissədən ibarətdir. Əsas hissə silindir bir quruluşdadır.Digər hissə isə dəniz tərəfə uzanmış uzunsov dayaq divar şəkilindədir.Belə quruluşa ümumiyyətlə müdafiə tikintilərində təsadüf edilir. Bu vaxta qədər uzunsov hissəsin nə məqsəd ücün tikildiyi düzgün müəyyən edilməmişdi. Silindir hissə bütün tətqiqatcıların birgə razılığına əsasən passiv müdafiəyə məxsusdur yəni müdafiəcilər Abidənin divarlarının qalınlığından istifadə edərək icəridə tam təhlükəsiz gizlənə bilirdilər. Qiz qalasının müdafiə qüdrətini göstərmək ücün belə bir təfsilatın çox mühüm əhəmiyyəti vardır: aşağıda divaralrın qalınlığı 5metrdir yuxarıda isə qalınlıq 4 metrə qədər azalır. Topun hələ icad olunmadığı bir dövrdə 5 metr qalınlıqda divarın yenilməz bir müdafiə obyekti olduğu aydındır. Silindir hissə içəridə künbəzlərlə 8 mərtəbəyə bölünmüş və hər mərtəbəyə müəyyən qədər adam yerləşməsi üçün imkan yaradılmışdır. Bu vaxta qədər Qiz qalasında hücum edənlərdən aktiv müdafiə imkanı olmadığı ehtimal edilir cünki qalanın yuxarı hissəsi müdafiə üçün yararlı olan müvafiq quruluşa malik deyildir lakin yeni əldə edilmiş matriallar göstərir ki Qiz qalasının yuxarı hissəsi kecmişdə tamamilə başqa quruluşda olmuş və fəal müdafiəyə imkan vermişdir. Qalanın yuxarı hissəsi XlX əsrdə aparılan tə'mir nəticəsində indiki şəklini almışdır.Qiz qalasının nə vaxt tikildiyi mübahisəli məsələdir. Tarixi şəraiti nəzərə alaraq abidənin Xll tikildiyi qəbul edilir. Qala divarının hörgüsündə xüsusi bir cəhət nəzəri cəlb edir.Bu xüsusiyyət sıraların növbə ilə girintili və çıxıntılı şəkildə verilməsidir.Qiz qalası Azərbaycanın ən diqqətə layiq memarlıq əsərlərindən biridir. Qiz qalası bu gün də belə şəhərin büyük binaları icərisində əzəmətli bir görkəmə malikdir.