Estoniya 2009-cu ildə Moskvada keçiriləcək “Eurovision-2009” yarışmasında iştirakdan imtina edə bilər. APA-nın məlumatına görə, Estoniya Milli Teleradio Korporasiyası İdarə Heyətinin sədri Marqus Allikmaa hesab edir ki, Rusiyanın Gürcüstana qarşı etdiyi hərəkətlərə görə, bu ölkədə keçiriləcək yarışmadan imtina məsələsi qaldırılmalıdır: “Bu yarışmadan imtina etmək ağıllı addım olardı, lakin tamaşaçılar və dinləyicilərin fikrinə hörmət etdiyimiz üçün onları, həmçinin müəllifləri, ifaçıları, prodüserlərı bu təklifə bağlı fikirlərini söyləməyə çağırıram. Biz müzakirələr əsasında qərar çıxaracağıq. |