Həmişə "Aşkın dili olsa da danışsa" deyirik. Bir gün aşk danışmağa başlamış və demiş ki: Ey insanlıq həmişə arxamca qaçırsınız, mənə çatmağa çalışdınız. Əslində mənə çatmısınız ama heç görmürsünüz. Mənim üçün ağladığınız zaman sizə həmişə yalan, bəlkə də zarafat kimi gəldim. Mənə həmişə adlar qoydunuz. Sizə bir hekayə danışım. Bir gün kiçik bir it quyruğunu tutmaq üçün öz ətrafında fırlanıb durur və böyük it “nə eləmək istəyirsən?” deyə soruşmuş.Balaca it də,“mənə ancaq quyruğumu tutduğum zaman xoşbəxtliyə çatacağımı dedilər. Mən də onu eləmək istəyirəm” deyə cavap vermiş.Böyük it gülmüş və“Mən də balaca olanda sənin kimi idim. Həmişə özümün ətrafında fırlanardım, quyruğumu tutmaq istəyirdim ama bir gün dayandım, fikirləşdim və yeriməyə qərar verdim o zaman başa düşdüm ki onsuzda o mənim arxamca gəlirdi.” İndi başa düşdünüzmü? Aşk: bir itin quyruğu kimidir ki ona çatmaq üçün arxasınca qaçmağınız gərəkməz, o həmişə hər hərəkətinizdə arxanızdan gəlir. |