Belçikadakı avtomobil salonlarından biri maliyyə böhranı və satış səviyyəsinin aşağı düşməsi şəraitində alıcıları cəlb etmək üçün presendentsiz aksiyaya start verib. ANS PRESS-in «Reuters» agentliyinə istinadən verdiyi məlumata görə, həmin salondan bir avtomobil alana ikinci avtomobil pulsuz verilir. Aksiyanı Antverpen şəhərindəki «Cardoen» avtomobil salonu təşkil edib. Aksiya noyabrın sonların başlayıb və dekabrın 15-nədək davam edəcək. Şərtlərə görə, ən azı 22,8 min avro dəyərində bir avtomobili satın almalıdır. Bundan sonra o qiyməti 14 min avrodan baha olmayan başqa bir avtomobili hədiyyə kimi seçir. Avtomobil salonunun direktoru bildirib ki, aksiyaya start verildikdən sonra salona müraciət edənlərin sayı 10 dəfə artıb. Özü də «Cardoen» dən avtomobil almağa bütün Avropadan gəlirlər. |