1. Danışanda həmsöhbətinin üzünə baxırsan?
A Hə, bu mənə böyük zövq verir.
B Yalan danışanda və ya günahkar olanda, nəzərlərimi yayındırıram.
C Əlbəttə, yox!
2. Diqqət mərkəzində olmağı sevirsən?
A Məni sorğu-sual atəşinə tutanda, yox.
B Yox. Cünki həmişə nəyisə səhv olaraq ağzımdan qacırmaqdan cəkinmişəm.
C Hə, bu mənim cox xoşuma gəlir.
3. Qarşından qara pişik kecərsə və ya qadın boş vedrə ilə səni qarşılayarsa buna reaksiyan necə olar?
A Hec nəyə məhəl qoymadan yolu kecərəm. Cünki bunlar mənasız, boş inanclardır.
B Sol ciynimin üstündən tüpürüb, yoluma davam edərəm.
C Yolumu dəyişərəm.
4. Uşaq vaxtı qaranlıqdan qorxurdun?
A Aradabir.
B Elə indi də qorxuram.
C Ümumiyyətlə, qaranlıqdan hec vaxt qorxmamışam.
5. Söhbət zamanı qızarırsanmı?
A Yox.
B Arada olur.
C Ümumiyyətlə, utancağam.
6. Cəlbedici və ekstravaqant geyinməyi sevirsən?
A Hə. Mən həmişə diqqəti cəlbedən paltarlar geyinirəm.
B Özümü cəkici geyimdə rahat hiss edirəm.
C Yox, mən secilməyi xoşlamıram.
7. Düşünülməmiş hərəkətlər cox etmisən?
A İstəmədən alınır.
B Baxır vəziyyətə.
C Gülünc görünməkdən həmişə qorxmuşam.
8. Qorxaq olduğun barədə nəsə eşitmisən?
A Yox, hec vaxt.
B Arada olur ki, eşidirəm.
C Hə… və cox təəssüf ki, bu elə belədir.
Balların hesablanması
1 2 3 4 5 6 7 8 A C B C B C C C C B B A B A B B B B C A B A B A A A A
Nəticə
Əgər cavablar arasında A bəndi coxluq təşkil edirsə, demək, xasiyyətində bəzi dəyişikliklər etməlisən. Cünki kicik bir qorxu və həyəcan sənin həyatına olduqca ciddi təsir edir. Qorxu hissi sənin həyatdan küsməyinə və qəlbinin qırılmağına səbəb olur. Bu ondan irəli gəlir ki, ətrafdakıların sənin haqqında söylədiklərinə cox önəm verirsən. Özünəinamını artır və kənardan deyilənləri qulaqardına vur. Məhz o zaman icindəki qorxuya qalib gəldiyini hiss edəcəksən.
Cavablardan B bəndi coxluq təşkil edirsə, demək, ehtiyatlısan. Hər hadisəyə baş qoşmaqdan qacıb, ən cətin, xoşagəlməz vəziyyətdən də cıxış yolu tapırsan. İcində qorxu hissi var, amma bu, sənin yaşam tərzinə mane olmur.
C cavabına üstünlük vermisənsə, demək, səni nəinki qaranlıq, hec həyatında baş verən dəyişikliklər belə qorxutmur. Mərd insansan. Özünə inandığın ücün hər bir problemi gözə alırsan. Riskdən cəkinmirsən və hər yeniliyi uğurun başlanğıcı kimi yozursan. Lakin nəzərə al ki, ciddi düşüncəli olmaq həyatda insana hər zaman kömək etmir. Səmimiyyətini hec nəyə qurban vermə. |