Windows Wista Qırıldı! Hadisə Tarixə Keçdi. Bir hacker qrupu Vistanı qırmağı bacardı. Hadisə tarixin ən müvəffəqiyyətli crack əməliyyatı olaraq göstərilir.
Bill Gates bir neçə gün əvvəl, WinHEC 2007 konfransında, Vista satışlarının yaxşı getdiyini və 100 gündə təxminən 40 milyon lisenziyalı Vista satıldığını iştirakçılarla paylaşmışdı. Bu xəbərin üstündən çox keçmədən bir hacker qrupunun Windows Vistanı tamamilə qırdığı və yeni üsulun bir əvvəlki qırma əməliyyatından çox daha üstün olduğu gündəmə bomba kimi düşdü.
Daha əvvəl hackerlər tərəfindən inkişaf etdirilən bir BIOS hiyləsiylə Vistanın aktivasiya mərhələsi sovuşdurula bilir lakin quraşdırılma üçün serial nömrəsi lazım idi. Bu inkişafın üzərindən çox keçmədən bir başqa hacker qrupu da Vistanı tamamilə qırdı və qeyri-qanuni olaraq paylamağa başladı.
Qeyri-qanuni mühitlərdə paylaşmaya təqdim edilən pirat Windows Vista Ultimate DVDi tamamilə qırılmış vəziyyətdədir. Yəni aktivasiya əməliyyatı reallaşdırılmış, aktuallaşdırmalar çalışır və quraşdırılma üçün hər hansı bir ardıcıl nömrəsi də lazım deyil. Tarixin ən müvəffəqiyyətli crack əməliyyatı olaraq göstərilən bu inkişafın ardından Microsoftun buna cavab olaraq nə edəcəyi maraq mövzusudur. |