• 1 damla neft 25 litr suyu yararsız hala salır. • Hər il Yer üzünə ildırımla 10 milyon ton azot gətirilir. • 18 fevral 1979-cu ildə Saxara səhrasına qar yağmışdır. • Televiziya ilə ilk hava proqnozu 11 noyabr 1936-cı ildə İngiltərədə verilmişdi • Hər il Yer üzündə 50 mindən artıq zəlzələ baş verir. • Təxminən Yer kürəsinin 70% -i su ilə örtülüdür. Bundan yalnız 1%-i içməli su kimi yararlıdır. • Dünya okeanının həcmi 328 000 000 kub milə bərabərdir. • Orta ölçülü aysberqin çəkisi təxminən 20 millyon tondur. • Ən böyük aysberq 1956-cı ildə qeydə alınmışdır. Onun uzunluğu 320 km, eni isə 96 km olmuşdur ki, bu da Belçikanın ərazisindən böyükdür. • 1971-ci ildə Yaponiyanın İşiqaki adasında qeydə alınmış ən böyük dalğanın hündürlüyü 85 metrə çatırdı.