Türkiyədə “ermənilərdən üzr istəyirəm” kampaniyasına bu gün start verilib
Kampaniya internet saytı vasitəsilə həyata keçirilir
Türkiyəli jurnalist Əli Bayramoğlu, Prof.Dr. Basqın Oran, Prof. Dr. Əhməd İnsel və Dr.Çingiz Aktarın təşəbbüsü ilə başlayan "erməni qardaşlarımdan üzr istəyirəm" imza kampaniyasına bu gün start verilib. Kampaniya www.ozurdiliyoruz.com internet saytı vasitəsilə həyata keçirilir. Saytda "1915-ci ildə Osmanlı ermənilərinin məruz qaldığı “böyük fəlakət”ə etinasız yanaşılmasını, bunun inkar edilməsini vicdanım qəbul etmir. Bu ədalətsizliyi rədd edir, öz payıma erməni qardaşlarımın hisslərini və çəkdiyi əziyyətləri bölüşür, onlardan üzr istəyirəm" mətni yerləşdirilib. Qondarma erməni soyqırımını "qəbul edənlər" burda adlarını, soyadlarını, yaşadıqları şəhəri və email ünvanlarını yazmaqla kampaniyaya dəstək vermiş olurlar.
İnternet istifadəçisi olmayanlardan isə imzaların əldən alınması planlaşdırılıb. Kampaniyanın bir il davam etdirilməsi planlaşdırılır./ANS PRESS/..
Ay Millet indice Aldigim Melumata Gore Bu Kampaniyani Ermeni Perest Bir Neche Adam Yaradib ... Mehz Bu Aksiyaya Gorede ... Turk Qardashlarimiz Istefa edibler inshallah Hell Ederler Bu Saytinda ishini
Huseynyazdıki >> Mence onu Turkler yazmayib.Hansisa Ermeni yazibdi.Turkler hele millet deyiller.YasasinAzerbaycan Turkiye.Sayti dagitmaq lazimdi o sayt Ermenilerindi.100%