Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
14:46
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Saytdan razı ...
[ Netice · Diger ]
Cavablar: 101

Мини-чат

Статистика

Saytda Olanlar 23
Qonaqlar 23
İstifadəçilər 0

  

09:50
Hər şeydə bir kamillik var

Hər şeydə bir kamillik var

Bütün varlıqlar onların həyat tərzlərinə uyğun yaradılmışdır.

Məsələn, quşun qanadları asanlıqla açılıb yığılır, bədəni onu soyuqdan qorumaq üçün əlverişli olan tüklərlə örtülüdür. Dişlərimiz möhkəm sümükdən, dilimiz tüpürcək ifraz edən və rahat danışmağa imkan verən məsaməli ətdən yaradılmışdır.
Dərimiz orqanizmimizdəki artıq suyu irfaz edir, ancaq kənardan suyun girməsinə imkan vermir. Eyni zamanda dərimiz havadakı mikrobların orqanizmimizə zərərli təsirinin qarşısını almaq üçün mikroböldürücü maye də ifraz edir.
İnsan 152 dərəcə baxış bucağı ilə ətrafı görür. Əgər bu baxış bucağı 1 dərəcə artıq və ya əskik olsaydı, insan normal görə bilməzdi.
Dilimizdə 9 min dad reseptoru var. Onların hər biri sinirlər vasitəsi ilə beynimizlə əlaqə qurur və dilimizin şirin-acı bütün dadları ən xırda təfərrüatlarına qədər hiss etməsinə imkan verir.
Əgər dilçəyimiz olmasaydı, yeyib içdiyimiz hər şey ağciyərimizə gedər və ölümümüzə səbəb olardı.
Əgər qaşlarımız olmasaydı, alnımızdan axan tərlər gözümüzü yandırardı.
Əgər kirpiklərimiz olmasaydı, gözlərimiz toz-torpaqdan görə bilməzdi.
Əgər beynimizin gördüyü işləri kompyuterlərlə görmək istəsəydik, bir şəhər böyüklüyündə bir sistem qurmaq lazım gələrdi.
Orqanlarımızını ölçüsü və çəkisi üçün də eyni şeyi demək olar. Məsələn, əgər başımız bir neçə kiloqram ağır olsaydı, onu əllərimizlə saxlamaq məcburiyyətində qalardıq. Əgər ayaqlarımız bir neçə metr uzun olsaydı, hərəkət etmək cətinləşərdi. Bundan başqa, insan əli kimi rahat və cəld hərəkət edən ikinci bir “alət” düzəltmək çətin, bəlkə də qeyri-mümkündür.
Dırnaqlarımız barmaqlarımızın uclarını qoruyan, gördüyümüz işləri asanlaşıdıran həcmcə kiçik, ancaq vəzifəcə böyük bir orqanımızdır.
Təkcə insanlarda yox, bitki və heyvanlarda da belədir. Məsələn, milçəklərin və kəpənəklərin tül qanadları onların rahat uçmasına imkan verir. Balıqların üzgəclərinin həssaslığı onları qayalara çırpılmaqdan qoruyur. Yarasalar radarları əvəz edən antennaları ilə qaranlıqda heç bir maneəyə rast gəlmədən saatlarla uça bilirlər. Qütb dovşanlarının ayaqları tüklüdür. Onlar bu ayaqlarla yumşaq qara da batmırlar. Beləliklə, heç bir vəhşi heyvanın gəzə bilmədiyi soyuq havalarda belə gəzə bilirlər. Dəvələr biraylıq məsafəni suya və yemə ehtiyac hiss etmədən asanlıqla keçə bilirlər. Çünki onların hörgücləri həm suyu, həm də yemi əvəz edir. Dəvənin uzun kirpikləri isə onun gözlərini tozdan, qumdan qoruyur.
Səhra bitkiləri güclü küləklərə və istilərə dözümlüdürlər. Bir-birilərinə kölgə salaraq günəşdən asanlıqla qoruna bilirlər. Çox vaxt günəşin şüalarını əks etdirmək üçün rənglərini dəyişirlər...
Məgər bütün bunlar Sonsuz Qüdrət Sahibinin varlığından xəbər vermirmi?..

Категория: Müxtelif | Просмотров: 851 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 4
0  
 
Leyla yazdıki >> Tsk xebere gore Etisko 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.56
Tarix: 14.06.2011 ,13:03.

0  
 
fatinka yazdıki >> Dogurdanee.dusunende her seyde kamillik var 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.152.189
Tarix: 25.03.2011 ,17:21.

0  
 
Gunel yazdıki >> maraqsizdi 
__________
İstifadəçiəçi Adı:Guzel_Kiz
İP:212.38.118.56
Tarix: 28.12.2008 ,14:53.

0  
 
Lider yazdıki >> Tesekkurler etiye. cool biggrin 
__________
İstifadəçiəçi Adı:Lider
İP:85.132.106.0
Tarix: 27.12.2008 ,10:14.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024