Payız
Payızın qüssəsi dolub qəlbimə Kədər ürəyimi didib-dağıdır Saralmış, soluxmuş mənzərələrlə Payızı seyr etmək necə ağırdır
Baxıram ağacın yarpaqlarına Dayanmır, saralıb tökülür bir-bir Baharın sevgisi qəlbimə hakim Günlərim beləcə mənasız keçir
Sevmədim əzəldən səni mən, payız Dumanın, çiskinin ürək sıxandır Məhsulda, meyvədə mənim gözüm yox Üzündə sonsuz bir bədbinlik vardır
Baxdıqca məhv olmuş bağa, bağçaya Axirət canlanır gözüm önündə Həyat dolu yayın uzun günləri Zülmətə büründü payız günündə
Qurumuş ağaclar imdad diləyir Amansız küləkdən qoruna bilmir Küləksə məmnundur öz halətindən Gücünü gücsüzə göstərə bilir
Buludlar səmanın üzünü örtmüş Ulduzlu göyləri seyr etmək olmur Günəşin işığı çox zəifləmiş Onun şüasına isinmək olmur
Nəğməkar quşları didərgin salıb Sərçələr, qarğalar sultanlıq edir İnsanlar tədarük qayğısındadır Təbiətsə qışa lıbassız gedir
Qəribə məntiqin var sənin, payız İşıqlı dünyanı zülmət edirsən Sorğusu olmadan etdiklərinin Yerini sakitcə qışa verirsən... |