Bakıda yenə qar gözlənilir
Ölkə ərazisində sabah hava şəraiti yağmursuz olsa da, yanvarın 7-dən yenidən yağıntılar gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib ki, Yanvarın 7-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, gündüz bəzi yerlərdə yağıntı olacaq. Yağıntının axşama doğru yarımadanın bəzi yerlərində sulu qara keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək, gecə və səhər arabir nisbətən güclənəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti olacaq. Yanvarın 8-də havanın buludlu olacağı, gündüz arabir açılacağı gözlənilir. Bəzi yerlərdə yağıntı qeydə alınacaq və sulu qar yağacaq. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında da yanvarın 6-da hava, əsasən, yağmursuz keçəcək. Axşam bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 1-6 dərəcə isti, dağlarda gecə 8-13 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcədək isti olacaq.Yanvarın 7-8-də havanın arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacaq |