1. O necə də Cazibədardı!!! Ay oğlanlar, biz bilirikki nə qədər sevsəzdə sevgilinizi, gözləriniz azda olsa başqa qızlarda olur. Can atırsız. Amma heç olmasa sevgilinizin yanında başqasının nə qədər cazibədar olguğunu üzə vurmayın. Fikirləşəcəkki bunu yetərincə bəyənmirsiz. Bəyənsəydiz bütün fikriniz onda olardı qıraqdan gələnə baxmazdız...
2. Keçmiş sevgilim belə olardı / bunu edərdi... Dava istəmirsizsə, bu ifadəni heç vaxt işlətməyin! Keçmiş sevgiliniz nə edibsə yaxşı eliyib amma bunu indiki sevgilinizə deməyə dəyməz. Onun ürəyini qırma, çünki əgər ayrılmısızsa onda ayrılmısız, artıq geriyə dönüb keçmişi açıb tökmə. O elə bilirki artıq həmişəlik onu unutmusuz. Elə olmasa da, heç olmasa üzə vurmayın.
3. Sənin rəfiqənə nifrət edirəm... Qızlar bəzən ana və bacıdan çox rəfiqələrinə inanıb sirrlərini açırlar. Onlara daha yaxın olurlar. Ona görə HEÇ vaxt bu ifadəni işlətməyin. Sizə görə rəfiqəsinə üz döndərərməyəcək. Onları həddindən artıq çox istəyirlər, və siz ona nifrət edirsizsə, onda sevgiliniz qəbul edəcəkki ona da nifrət edirsiz. Ele yaxşısı odur ki sakitcə yola verin, nifrət etdiz eləmədiz.
4. Şöyüş Özünüzü bəlkə yaxşı hiss edirsiz söyüş söyəndə. Bəlkə kişilik bilirsiz bunu. Amma qızlar buna alçaqlıq kmi baxır. Sevgilinizin yanında HEÇ vaxt söyüş söymə. Söysəz lap sonra deməyin ki Özümü idarə edə bilmədim. Bu lap artırır əsəbi. Deyəcəkki sevgiliniz: Necə kişisən ki özünü idarə edə bilmirsən???
5. *Ağlamaq* Göz yaşı kimi ağlamaq yoxe, problemləriniz barədə danışmaq sevgilinizi narahat edəcək. Xoşları gəlmir elə şeydən. Guya qıza deməklə nə qazanacaqsız? Güclü olun, problemi həll edin. Yoxsa bütün günü ağlamaqla heç nə düzəlmir! Amma bundan da betəri oduki, deyəsiz: Mən sənə layiq deyiləm. İstəyirsənsə ayrıl başa düşürəm. Əgər sizi özünə layıq bilməsəydi heç vaxt sevməzdi ona görə reklam elətdirməyin; onnansa niyə elə düşündüyünü başa düş və dəyiş!
6. Sən məni doğrudanda sevsəydin... Səni sevirsə deməli sevirdə. Bunu heç vaxt demə. Soyuyacaq və inciyəcəkdə sizdən. Bu sözlə deyirisizki sən mənə layiq deyilsən. Onun sevgisini şübhə altına salmaq olar, amma sizə nəyisə vermirsə, istədiyinizi etmirsə, bu başqa məsələdi! Qızdan bir şey istəyirsizsə onda niyə vermədiyinin səbəbini istəyin və başa düşün. Bu sözü deməklə vəziyyəti daha da gərginləşdirirsiz. Yaxşısı odu demiyəsiz. Ondansa ondan istədiyinizi üzünə deyin və ya güldən zaddan alın...
7. Anan kimi sən də... Qızlar analarını çox sevirlər. Onlara baxıb həmişə məsləhət alırlar. Amma anaların biraz çətin xasiyyətləri də var axı, və artıq analar fiquradan çıxıb gözəlliklərini birinci dərəcədə qorumurlar...buda qızların xoşuna gəlmir (halbuki onlar da bəlkə bir gün ana olacaq). Ona görə işlətməyin bu ifadəni. Lap bir kompliment kimi belə desəz səhv başa düşəcəklər. Di gəl səhv başa düşsə ona qandır ki komplimentdir =)). Bu əziyyəti qoyun qırağa və daha böyük əziyyət çəkib susun...
8. Axot yoxdu... *Canım gəl gəzməyə çıxaqda* *Axot yoxdu* *Onda gəl kinoya gedək* *Axot yoxduyee* *Onda neynəməyı axotun var?* *Danışmağa axot yoxduye sonra zəng eliyərəm. Hələlik (telefon yerə qoyuldu)* Bunu bir iki dəfə eləməyə çalışın görün bir şillə yeyə bilirsiz ya yox? =)))))) Qızların demək olarki heeeeç xoşuna gəlmir bu söz. Düzdür bəzən doğrudanda kefiniz olmur, bunu başa düşürlər, insandılar. Amma tay həmişə bunu deyib onu başından eləmiyin. Çünki eləsəz, bilinki səhərisi gün başınızdan eləməyə adam tapmiyassız. Çalışın qızların istəklərini yerinə yetirin. Həm sevginizi gücləndirəcək həmdə təmiz havadıdaaa çıxın gəzin...
9. Bu nə koftadı/şalvardı/ayaqqabıdı/çantadı ??? Ooo bunu yalnız həyatınızdan bezəndə deməyi məsləhət görürəm. Qız əgər o paltara pul veribsə, geyinibsə, deməli xoşuna gəlir. Xətrinə dəyməyin elə deməklə. Doğrudanda pis yaraşırsa və ya xoşunuza gəlmirsə onda deyin ki: Hmm...o qara koftan sene daha gəşəng yaraşır. Məncə bu ağ ayaqqabı ilə ağ çantan daha yaxşı gedər. Amma tay ağ eləmiyin, görüşə qıza zövq dərsi vermək üçün getməmisiz. Bir dəfə dediz bəsinizdi, insanıq başa düşürük...
10 . Az emosional oldaa! Oydaa bu söz ən nifrət edilən sözdür. Ay oğlanlar, qızlar belədidə: Mahnıya qulaq asanda, kinoya baxanda, əsəbləşəndə və ya başqa vəziyyətdə, tez kövrəlirlər. Neyniyək?? Beləyikdə dəyişəsi deyilikki. Bu sözü heç vaaxt deməyin haa sevgilinizə. Desəz 99% inciyəcək sizdən. Yadınızda saxlayınkı, qızlar həmişə içlərində uşaq olacaqlar, çox və tez tez ağlayırlar. Tay demirəm sizdə gedin onla birgə ağlayın amma onu rahatlaşdırın. Kinoda isə ağlamalalı yer olsa onda qızı qoyun ağlasın ürəyini boşaltsın... |