Show TV ilə anlaşa bilməyən «Kurtlar Vadisi» teleserialının yeni bir kanalla razılaşdığı iddia edilir. İddiaya görə, Vadinin yeni kanalı ATV olacaq.
«Kurtlar Vadisi»nin prodüserləri Raci Çaşmaz və Bahadır Özdener uzun müddətdir bir çox kanalla danışıqlar apararaq serialın yayımlanması üçün cəhdlər edirdi. Türkiyə mətbuatının yazdığı xəbərə görə, ATV ilə qəti olaraq razılaşma əldə edilib. Serialın yeni seriyaları 2009-cu ilin fevralından ATV ekranlarında göstərilməyə başlayacaq.