Xətai rayonunda yerləşən çörək sexində qaz balonu partladı
Xətai rayonundakı çörək sexlərindən birində partlayış baş verib. Sexin müğənni Niyaməddin Musayevə məxsus olduğu və başqa adama icarəyə verildiyi bildirilir. ANS PRESS-in hadisə yerindəki müxbirinin məlumatına görə, sexdə qaz balonu partlayıb və ardınca yanğın başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları göndərilib və yanğının qarşısı alınıb. Ərazidə təcili tibbi yardım briqadaları da var.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib ki, partlayışdan sonra hadisə yerinə həkim briqadaları göndərilib. Lakin məlum olub ki, hadisə nəticəsində xəsarət alan yoxdur.