Bakı Buxtası və hava limanını birləşdirəcək 14 kilometrlik yol ötürücüsünün inşası Koreya şirkətinə həvalə olunub
Azərbaycanda neft gəlirlərinin azalması Bakı buxtası üzərindən çəkiləcək körpünün tikintisinə təsir etməyəcək. Maliyyə çatışmazlığı üzündən bəzi tikinti layihələri təxirə salınsa da, 2009-cu ildə Xəzər dənizinin üzərində körpünün tikintisi reallaşacaq.
Nəqliyyat Nazirliyindən 282.CLaN.Su-a bildiriblər ki, artıq körpünün layihəsi üzərində tamamlama işləri aparılır. Yanvarın sonunda layihələndirmə işlərinin başa çatdırılması, ilin ikinci yarısında isə tikinti işlərinə başlamaq nəzərdə tutulur. Beş il müddətində tikiləcək körpü Koreya şirkətinin təqdim etdiyi İntellektual İdarəetmə Sistemi ilə idarə olunacaq.
İlkin layihəyə görə körpünün uzunluğu 14 kilometrdir. Yol ötürücüsü 40 min ton yükgötürmə qabiliyyətinə malikdir. Koreya şirkətinin tikəcəyi körpünün maliyyə tutumu yaxın vaxtlarda dəqiqləşdiriləcək.