Oyy. Bu gün yerə basarkən məni əzib keçmədiyin üçün təşəkkür edirəm. Hər gün gəzərkən nə qədər qardaşımı öldürürsən heç bilirsən? Əlbətdəki istəyərək etmirsən. Ama deyəcəksənki, mən səni gəzərkən görməyəcək dərəcədə kiçiksən. Bəs sənin nəyinə ən güclü heyvan adı verilib. Ancaq nisbət perespektevindən baxsaq bu heçdə qəribə görsənməz. Çünki siz ağırllğınızın ən çox 5 qatını daşıyırsız. Ancaq mən ağırlığımın əlli qatını, hətda çənəmlə qaldırıram. Gördünki mən tanrının necə gözəl və möhtəşəm gücə sahib sənət əsəriyəm? Biz cəmiyyətcil və dövlətcil həşəratlarıq. Pərdəqanadlılar sinifindən olub 9 min ayrı növümüz var. Hər növün yaradılışına görə fərqli peşələri var. Aramızdaki bütün qarışqaların öz işi var və ona qüsursuz itaət edirik. Böyük şəhər qururuq və bu şəhərdə qida anbarlarımız, balalarımıza baxmaq üçün xüsusi otaqlar, əsgər qarışqalar üçün qışlaqlarımız var. Peşə olaraq isə bəzilərimiz əsgər, xidmətçi, təlimçi və s. növlərə ayrılırıq və peşəyə uyğun xüsusi alətlərə sahibik Bizdə “Məleykə” adlı qarışqa çoxalmada iştirak edir və həyatı boyu yumurta qoymaqla məşqul olur. Erkək fərdlər isə yumurtalarını ona nəql etdikdən sonra olurlər. Bir qarışqa dövlətini birdən çox “Məleykə”si ola bilər. Hətda bəzi dövlətlərimiz 2.5-3 km2-lik ərazini ehatə edə bilər. Bu dövlətdə sizdən fərqli olaraq bir milyon “məleykə”, 350 milyon işci aramızda heç bir mübahisə olamadan rahatlıqla yaşayırıq. Əsgərlərimiz xüsusi kimyəvi silaha malikdir. Başları və ağzı fərqli olan əsgərlər dövləti kimyəvi silahlarla qoruyur. Çoxalmada iştirak etmə qabiliyyəti olmayan dişi qarışqalarımızın bir qismi “məleykə” ve onun balalarını qidayla təmin edir, digərləri yeni koridorlar açır. Bəzi işcilər isə qida axtarışına çıxır. Birimiz bir mənbə tapan kimi digər yoldaşlarımıza tez xəbər veririk. Bundan əlavə inşaatçılar və əsir mühafizəçilərdə var. Dövlətimiz əsasən fədakar işcilərmizin çiyinlərində olur. Onlar bir qismi sərt qabıqlı qidaları, əsasəndə buğdanın toxumunu sındırır, digər işcilərə ötürür. Digər işcilər buğdanı ofxalayıb xəmir halına salır ve qurumaq üçün günəş altına sərirlər. Beləliklə quru lavaş halına gələn qida qış yeməyimiz olur. Bəzi növlərimiz bitgi bitləriylə və toyuq hinlərində yaşayaraq qidalanırıq. Bitgilərin öz suyunu əmib bitgilərə zərər verən bitlər bitginin suyunu şərbətə çevirib bədənlərinin arxa ucundan ifraz edir. Qarışqa yoldaşlarımızda bu bitgilərin çıxardığı bal kimi maddəni əmərək qidalanır. Bu mövzudada ədalətliyik. Bir qismi bu bitlərin şərbətini sağarkən, digər qismi isə bu bitlərə sığınacaq düzəldir. Əgər qida problemi olsa işcilər “qidalandırıcı” adlandırılan xüsusi qurğular şəklində xidmət edir. Bunlardan əlavə mədələrindəki qidaları xüsusi bəzi kimyəvi mərhələlərdən keçib gücləndirilir və zəif olanlar yedirilir. Qida probleminiz aradan qalxan kimi bu mərhələdə dayandırılır. Bizim məntiqimizdə “hədəfə ən qısa yoldan çatma” kimi bir düsturumuz var. Yemək axtarmağa həmişə tək sıra halında çıxırıq və yol gedərkən bir-birimizi buraxdığımız iyidən tanıyırıq və izləyirik. Yuvalarımız həmişə yer altında olmur. Bəzi növlərimiz yer üstündə, bəzi növlərimizdə ağaclarda yuva qururuq. Yer altında yaşayanlarımız qanadsız olmaqlarına baxmayaraq hədsiz çoxalanda yeni qarışqa dövləti qurmaq üçün çoxaltma qabiliyyəti olan fərdlərə çevrilir və uçub yuvadan ayrılır. Yerə enəndə erkəklərimiz spermalarını buraxır və olur. “Məleykə” isə ömrü boyu davam edəcək yumurtalama prosesinə başlayır. Bu zaman onun qanadları düşür. Lap əvvəl özünə kiçik bir otaq düzəldir ki, orda yumurtalasın. 6-8 həftə sonra yumurtadan çıxan qarışqalar qız övlad olur. Əvvəlcə analarıyla qidalanır sora işcilər tərəfindən otaqlar düzəldilir və otaqlara köçürülür. “Məleykə” 20 il yaşayır. Bizdə ona daynmadan qulluq edirik. Çünki heç durmadan bizə yeni dostlar bəxş edir. Biz çoxaldıqca dahada əlbir oluruq. Bizi zəif bilənlərin diqqətinə çatdıra bilərəmki, beş yüz min qarışqa birləşsə böyük bir quşu, bir qurdu və ya bir atı məhv edə bilər. Dişləmə, iynə batırma ve maye fışqırtma kimi kimyəvi silahlarımızda var. Hafizəmiz çox güclüdü. Keçdiyimiz hər yerin şəklini beynimizdə saxlayırıq. Ayaqlarımızın altında xüsusi hissə varki ən xırda tərpənişi belə hiss edirik. Zəlzələdən qabaq yuvadan çıxmağımızın səbəbidə tərpənişi tez hiss etməyimizdi. Biz sürüşməyə meyilli zonalarda heç vaxt yuva qurmarıq. Siz indi buna əməl etməsənizdə, babalarımız qarışqa olmayan torpaqda ev tikməzdilər. Nə isə mən yoruldum bu qədər danışmaq olmaz işləmək lazımdı. Gedim işləyim siz isə məni həqiqətən düz tanıyırsınızsa bilinki məndə örnək götürüləsi çox şey var. |