Çində mədə ağrısı şikayəti ilə xəstəxanaya gedən 92 yaşlı qadın həkimləri şoka salıb.
Huanq Yijun adlı qadını rentgenə salan doktor gözlərinə inanmayıblar, sən demə, o, 61 ildir, hamiləymiş. 92 yaşlı nənə 60 il əvvəl başına gələnləri danışanda isə əsl həqiqət ortaya çıxıb. Belə ki, Huanq Yijun 1948-ci ildə hamilə qalıb. Amma körpə bir neçə aylıq ikən ana bətnində tələf olub. Həkimlər ölü dölü bətndən çıxarmaq üçün 100 sterlinq istəyiblər və qadın nəticədə süni doğuşdan imtina edib.
Vəziyyətin ciddiliyinin fərqinə varmadığı üçün bu haqda ailəsinə belə heç nə deməyən qadın indiyədək heç bir problemlə üzləşməyib. Fəqət 60 il sonra mədə ağrılarından əziyyət çəkməyə başlayıb.
40 illik iş təcrübəsi olduğunu deyən həkim uşağın qadının bətnindən alınmasının vacib olduğunu, onun indiyədək sağ qalmasının möcüzə olduğunu vurğulayıb.
fatinkayazdıki >> ayda yalandir?yoxsa heqiqet? men inanmiram ayda bele uydurmalari hardan cixarirsiz? hec olmasa ele sey yazin ki adamin inanmaqi gelsin