Dünyanın ən böyük kompüter proqramı şirkəti olan "Microsoft" qarşıdan gələn 18 ayda 5 min işçisini ixtisara salacaq. Bu barədə məlumatı şirkət rəsmiləri ilin yekunlarına dair verilən açıqlamadan sonra verib.
Açıqlamada, əvvəlki il gəlirlərin 4.71 milyard dollar (hər səhm üçün 50 sent), keçən il isə gəlirlərin 4.17 milyard dollar (hər səhm üçün 47 sent) olduğu bildirilib. "Microsoft" qlobal böhranla əlaqədar olaraq dünyada kompyuter proqramları gəlirlərinin azaldığını da vurğulayıb. /ANS PRESS/ |