Həsrətim.
Meşələr payızda saralıb-solar, Baharda yarpağı tökülən mənəm. Sənin həsrətin mənə yük olar, Bu qəmdən qaməti bükülən mənəm.
Bu hicran, bu nisgil olmayaydı kaş, Həsrət qalmayaydıq bir-birimizə, Bir ömür intizar, bir ömür təlaş, Gözləri yollara dikilən mənəm.
Yaşadım, yaşaram nəğmələr kimi, Qol-qanad açaram xoş xəbər kimi, Uçaram yanına al səhər kimi, Köksündə dan yeri sökülən mənəm |