Bir neçə il əvvəl Milli Kosmik Aeronavtika İdarəsində (NASA) “Tam məxfi” qrifi altında sensasiyalı bir məlumat saxlanırdı. 1973-cü ilin avqust ayının 9-da “Skayleb-2” kosmik gəmisinin bortundan ötürülən xəbər ABŞ-ın Kosmik Tədqiqatlar Laboratoriyasının bütün əməkdaşlarını heyrətə saldı. Məlumatda deyilirdi: “Cəhənnəm Günəşin ortasında yerləşir. Biz ölülərin necə yandığını görürük. Biz cəhənnəmi görürük”. Əlaqə bir neçə saniyəliyinə kəsildi, sonra isə Yerin göydəki qasidləri kosmik məkandan uçuş üçün çox adi olan məlumatlar ötürməyə başladılar – bundan əvvəlki heyrətamiz xəbər isə elə bil heç olmamışdı.
Cəhənnəm
NASA mütəxəssisləri düz 16 il bu xəbər haqda yayılan bütün söz-söhbətləri təkzib etdilər. Amma 1985-ci ildə Amerikada nəşr olunan “Bəşəri elm” jurnalı bu sirrin pərdəsini qaldırdı. “Skayleb-2” kosmik gəmisindəki heyətin ötürdüyü xəbər dərc olundu və insanları dəhşətə gətirdi. 1978-ci ilin avqustunda kosmik gəmidə fəzaya qalxan astronavtlar fotoplyonkadakı dəyişiklikləri qeydə alan spektrohelioqrafın köməyi ilə günəş şüalarını tədqiq etməyə başladılar. Bu müşahidə zamanı səmada çox güclü bir partlayış baş verdi. Od kürəsinin dərinliyindən 800 min kilometr yuxarıya doğru helium sütunu qalxdı. Və sonra qatı qaz axını gördüklərindən dəhşətə gəlmiş seyrçilərin gözü qarşısında qəfil dondu. Düz 70 saniyə kosmik qurğu fəzadakı dəhşətli görüntünü qeydə alırdı: bu odlu sütunda əbədi alovun işgəncə verdiyi yüz minlərlə əzablı insan üzü peyda oldu. Əvvəlcə astronavtlar fikirləşdilər ki, bu sadəcə qarabasmadı, amma insan üzləri o qədər dəqiq görünürdü ki... Astronavtlar ateistlərin mövcudluğuna inanmadıqları şeyi – cəhənnəmi görürdülər! Jurnalın iddiasına görə, hazırda amerikalıların əldə etdikləri məlumat diqqətlə tədqiq olunur.
Məhşər
Bu sensasiyalı xəbərin üstündən doqquz il keçəndən sonra Amerika nəşrləri oxuculara daha bir möcüzəli hadisədən xəbər verdilər. Xüsusi hazırlanmış qurğudan və infraqırmızı şüa vaxtı müşahidə imkanı verən teleskopdan istifadə edən NASA tədqiqatçıları fotoplyonkaya qəribə qeyd edə bilmişdilər: açıq kosmosda ölmüş adamların və heyvanların ruhları buxarlanırdı. Bu hadisə Kilsə xadimləri və parapsixoloqlar arasında ciddi fikir ayrılığına səbəb oldu. Amma onların ortaq məxrəcə gəldiyi bir fikir vardı: fotolar həqiqət idi! Rəsmi ekspertlər komissiyasının üzvlərindən biri dedi: “Biz ruhların mövcud olmasını çoxdan bilirik. Hələ 1993-cü ilin mayında biz “Xabl” teleskopunun köməyi ilə bu varlıqları görmüşük…” Amma NASA rəhbərliyi və hökumət bu qərara gəldi ki, işıqlı insan şəkilləri olan bu fotoları əsaslı izah tapana qədər insanlardan gizlətsinlər. Məchulluğun ilk fotolarını alimlər hələ Günəşin Neptuna təsirini öyrənəndə əldə etmişdilər. Fotolarda minlərlə işıqlı insan bədəninin dəqiq cizgiləri vardı. Elm xadimlərinin bu mövzudakı fikirləri birmənalı deyildi. İspan teoloqu Pedro Qarsiya belə fikirləşirdi ki: “Kainatın bu hissəsində məhşər yerləşir. Yəni cəhənnəmlə cənnətin arası buradadır. Ölənlərin ruhları burada Yer üzündəki əməllərinə görə sorğu-sual olunacaq günü gözləyirlər”. Adının gizli qalmasını istəyən digər məşhur amerikalı fizik deyirdi: “Bu insan şəkilləri elektrik impulslarının nəticəsidir – başlanğıcı və sonu olmayan həyatın əsl mahiyyətidir. İnsan öləndə onun bədənindəki elektrik kosmosa qalxır. Vəssalam”. Yadplanetlilərin sivilizasiyası barədə 11 kitabın müəllifi olan doktor Alan de Volter bu qərara gəldi ki, fotolarda görünənlər Yerə dəxli olmayan varlıqlardır. Fikirlərin müxtəlifliyinə baxmayaraq, bir şey dəqiq məlumdur – bəşəriyyətlə bağlı gizlinlərə daha bir sirr əlavə olundu. Bu məsələ barədə NASA nümayəndəsi deyir: “Bu sirin açılması üçün gərgin iş gedir, böyük vəsait xərclənir”. Ola bilər ki, yaxın gələcəkdə bizim planetin sakinləri ən qeyri-adi nəticələrlə tanış olsunlar, amma çox da ümidvar olmağa dəyməz. Məlumdu axı, hərbçilər sirr qorumağı bacarır.
28 il kosmosda
NASA cənnət axtarışına çıxardığı başqa bir kosmonavt barədə məlumata da münasibət bildirmir. Sən demə, amerikalı astronavt Çarlz Hinson düz 28 il kosmosda qalıb! NASA-nın qeyri-rəsmi əməkdaşları iddia edirlər ki, belə bir məlumatdan söhbət gedə bilməz. Təşkilatın rəsmi nümayəndəsi isə bunu deyir: “Kosmik gəminin komandiri Çarlz Hinsonla əlaqəni biz startdan 3 saat 58 dəqiqə keçəndən sonra itirdik. Tapşırıq gizli olduğu üçün biz ictimaiyyətə bu barədə açıqlama verə bilməzdik. Sənədlərdə Çarlz Hinson itkin düşmüş şəxsdir. Bu, 1991-ci il mart ayının 26-a qədər belə idi…” Həmin yaz günü, astronavtın kosmosda yoxa çıxmağından düz 28 il sonra Amerika hərbi-dəniz hissəsi Ç.Hinsonun radioqramını qəbul etdi. Bu hadisədən sonra astronavt okeanda, “Cemini” kapsulunun bortunda tapıldı. Sual yaranır – yanında yemək, su, yanacaq ehtiyatı olmayan astronavt kosmik ənginlikdə necə sağ qala bilər? Belə bir şey hansısa “möcüzəli” qüvvələrin köməyi olmadan mümkün deyil. Bu sirli məsələ barədə NASA-nın heç bir rəsmi açıqlaması yoxdur. Astronavtın olduğu kosmik gəmini fəzaya hərbçilər buraxıb, buna görə hər şey sirr pərdəsinə bürünüb. Bu hadisəyə dəxli olan bütün sənədlər arxivlə birlikdə yoxa çıxıb. Hətta yaşlı əməkdaşların onu şəxsən tanıdıqlarına baxmayaraq, Hinsonun NASA-nın əməkdaşı olduğu barədə rəsmi sənəd belə yoxdur. Çarlz Hinson karantini Kaliforniyadakı Edvards aviabazasında keçib. Astronavt və “Cemini” diqqətdə tədqiq olunub. Məxsusi bu məsələ üçün təşkil olunmuş psixoanalitiklər qrupu Hinsondan onun fantastik səfəri barədə məlumat almağa çalışıb. NASA-nın rəsmi nümayəndəsi müxbirlərə Hinsonun fiziki cəhətdən özünü çox yaxşı hiss etdiyini, amma psixoloji orientiri itirdiyini deyib: “O, xeyli müddətdir ki, Yerdə keçirmədiyi zamanların hesabatını verə bilmir. Astronavtın psixoloji vəziyyətinə baxanda hər şeyin yaxşılığa doğru dəyişəcəyinə ümid etmək qalır. Onun sözlərini bir-biri ilə əlaqələndirmək mümkün deyil. Bu qədər vaxtı harada keçirməsi, kosmos sakinləri və ya hansısa qeyri-adi qüvvələrlə əlaqədə olduğu ilə bağlı suallara Hinson bircə cavab verir: “Bir də heç vaxt!... Siz başa düşməlisiniz!.. Onlar bizim düşmənimizdir!” başqa suallar isə onda isterika yaradır, o ağlayıb, özündən gedir”. Məşhur polyak cadugəri Kşiştof Bullışko o vaxt kütləvi informasiya vasitələrinə xəbər vermişdi ki, astronavt tezliklə danışacaq və onun dedikləri hamını şoka salacaq.
Əbədi sükut
Amma artıq xeyli müddət keçib. 28 il kosmosda qalan astronavt isə hələ də susur. Onun haqqında daha heç bir məlumat da yoxdur. Bəlkə də bu onun kosmosda cəhənnəmi və ya məhşəri tapması ilə bağlıdır? Ola bilər ki, Hinson cənnətə də gedib çıxsın. Bir halda ki, o Yer üzünə təzədən qayıda bilib… Amma o cənnət haradadır? Və əgər ora doğrudan da cənnətdirsə, astronavt niyə “Bir də heç vaxt!” deyirdi?.. |