Sən məni unuda bilməyəcəksən.
Səni görən zaman qəlbimə yatdın, Özünü sevdirdin arzuna çatdın, Köhnəlmiş əşya tək çöllərə atdın, Sən məni unuda bilməyəcəksən.
Bu ayrılığa sən dözməyəcəksən, Məndən başqasını sevməyəcəksən, Sanma tənhalıqdan bezməyəcəksən, Sən məni unuda bilməyəcəksən.
Mən səni ürəkdən candan sevirəm, Sənə gəncliyimi qurban verirem, Sən getdin,sözləri sənə deyirəm, Sən məni unuda bilməyəcəksən.
Sənsiz bu heyatda yaşamaq yaman, Ürəyim ağrıyır verməyir aman, Vaxtım da getməyir,dayanıb zaman, Sən məni unuda bilməyəcəksən.
Səni eşq taxtımın tacı sanırdım, Sevirəm sözünə çox inanırdım, Məhəbbət oduna səssiz yanırdım, Sən məni unuda bilməyəcəksən.
Ayrıldıq,mən səni görməyəcəyəm, Axan göz yaşını silməyəcəyəm, Bir daha heç zaman sevməyəcəyəm, Sən məni unuda bilməyəcəksən.
|