Türkiyə müğənnisi Ebru Polat Azərbaycan nazirlərindən birinin oğlu ilə sevgi münasibətlərinin olduğunu açıqlayıb. ANS PRESS-in məlumatına görə, o, Tükryiənin «Kanal1» televiziyasının «Akşam keyfi» proqramında belə bir etirafla çıxış edib. Müğəninin sözlərinə görə, «Fənərbağça» futbol klubunun oyunçusu Səlcuq Şahinlə iki il sürən münasibətləri beş ay əvvəl başa çatıb: «Səlcuqla hələ də dostuq. Lakin hazırda qəlbim azərbaycanlı nazir oğlundadır. Bakıda olarkən 20 min avro dəyərində olan çantanı da mənə nazirin oğlu hədiyyə edib».
Xatırladaq ki, Ebru Polat öz dodaqlarını 500 min dollara sığorta etdirib. |