O, uşaqlarını bir-birindən ayırmamaq üçün boşandığı əri ilə bir araya gəldi
Ünlü müğənni Madonna dekabr ayında boşandığı əri ingilis rejissor Qay Riçi ilə razılığa gələrək uşaqları Rokko (8) və övladlığa götürdükləri Devid (3) ilə birlikdə bundan sonra Nyu Yorkda yaşamaq qərarına gəlib. .Madonnanın ilk uşağı Lurd (12) isə onsuz da bir müddətdir Nyu Yorkda yaşayırdı. Madonna və Riçin, uşaqları bir-birindən ayırmamaq qərarına gəldikləri və məsələ ilə əlaqədar hüquqi işlərin iki həftə ərzində Londondakı məhkəmədə başa çatacağı qeyd edilib. Riçin isə yeni "Sherlock Holmes" filminin çəkilişləri üçün Nyu Yorkda olduğu bildirilib. |