Yaponiyada "qara qarpız" hərraca çıxarılıb Bostan bitkisi hərracda 6,100 ABŞ dollarına satılıb.
Yaponiyada «qara qarpız» hərraca çıxarılıb. Bostan bitkisi 6,100 Amerika dollarına satılıb. Mütəxəssislər qarpızın indiyə kimi ölkə ərazisində və bəlkə də dünyada satılan ən bahalı bostan bitkisi olduğunu bildirib.
8 kiloqramlıq qarpız mövsümün ilk yetişən qarpızı olub. Onu auksionda alan şəxs isə bu addımı kənd təsərrüfatına dəstək vermək məqsədilə atdığını deyib.
Qeyd edək ki, bu giləmeyvə yalnız Hokkaydonun şimal adasında yetişdirilir. İstehsalçılar bu mövsüm ərzində daha 9000 qarpızın yetişdiriləcəyini deyiblər./ANS TV/