Hamının ulduzu olacaq
ABŞ-da yaşayan bir türk tərəfindən 2,5 milyon ulduz satışa çıxarılıb
Artıq göydə hamının ulduzu olacaq. Həm də hərə öz ulduzuna ad verə biləcək. ABŞ-da yaşayan bir türk tərəfindən şimal yarımkürəsindəki bürclər qurşağında olan və bu günə qədər satılmayan 2,5 milyon ulduz satışa çıxarılıb. «www.yildizal.com»adlı İnternet səhifəsində bir ulduza ad vermənin qiyməti 130 yeni türk lirəsindən (100 Manat) başlayır. Səhifə yeni olsa da, artıq 30 min insan tərəfindən seyr edilib. Yeddi il ərzində ABŞ-da yaşadığını söyləyən Kurtuluş bildirib ki, ABŞ-da bir toyda dostunun həyat yoldaşına ulduz hədiyyə etdiyini görüb ulduzları satmaq həvəsinə düşüb: «Əvvəlcə çaşdım. Sonra gördüm ki, Türkiyədə belə bir şey yoxdur və hərəkətə keçdim». O bildirib ki, ABŞ-da 1980-ci ildən bəri milyonlarla kişi ulduza ad verib. /ANS PRESS/ |