Artıq çəkisizlik şəraitində evlənmək istəyənlərin qeydiyyatına başlanılıb
Yaponiyanın «First Advantage» şirkəti kosmosda evlənmək istəyən cütlüklərin qeydiyyatını aparmağa başlayıb. Mərasim kiçik uçan aparatda olacaq. Apparat 100 km yüksəkliyə qalxacaq, гçuş isə bir saata yaxın davam edəcək. Toy iştirakçıları cəmi bir neçə dəqiqə çəkisizlik şəraitində olacaqlar. Kosmosda evlənmək istəyənlərə bu mərasim 240 miyoln iyenə (2,3 milyon dollar) başa gələcək. Cütlük kosmik toylarına üç qonaq da dəvət edə biləcək. Yaponlar bu məsələdə amerikalı şirkətlə birlikdə çalışır. Amerikanlar toy iştirakçılarının Oklahomadan özəl hava limanından yola salınmasını təmin edəcək. İlkin hesablamalara görə, xidmətdən ən çox faydalanmaq istəyənələr çinlilər və ərəblər olacaq./ANS PRESS/