Kosmosda qravitasiya yoxdur - Yalandır Belə fikirləşməkdə əsas səbəkar "çəkisizlik" dediyimiz anlayışdır. Qravitasiya hər yerdə var və o hər bir insana eyni cür təsir edir. Orbitde kosmonavtlar ona görə çəkisizlik vəziyətinə düşürlər ki, onlar öz gəmiləri ilə birlikdə daim yerə horizontal müstəvidə "yıxılırlar". Məsafə artdıqca qravitasiya azalır, ancaq itmir. Eləcə də kosmosda vakuum şəraiti mövcuddur demək yanlışdır. Əslində ulduzlararası sahə atom və hissəciklərlə doludur, sadəcə onlar arasında məsafə yerdəkindən daha çoxdur.
İnsan beynin yalnız 10% çalışır - Yalandır maqnit-rezonans araşdırmalar bunun yalan olduğunu sübut etmiş və göstərmişdir ki, insan beyninin böyük bir hissəsi daim fəaliyyətdədir.
Hündürdən atılmış qəpik insanı öldürə bilər - Yalandır Havanın müqaviməti qəpiyin təsir gücünü çox zəiflədəcək və qəpik hətda Empire State (380 metr)-dən atılsa belə insana çoxda təsir etmiyəcək. Belə bir eqzotik üsulla adamı cəzalandırmaq istəyirsizsə yaxşısı budu kərpic alın)))
Yaşlı insanlarda beyin hüceyrələri inkişaf etmir. Təcrübələr göstərir ki, beyinin inkişafının əsas mərhələsi erkən yaşlarda daha sürətlə inkişaf etsədə, yaşlılarda da hüceyrələrin bölünmə prosesi gedir.Neyronlar insan dünyasını dəyişənə qədər inkişaf edir. Deməli hamının ağıllanmaq imkanı var)))
İldırım eyni yerə iki dəfə vurmur - Təhlükəli yalandır Əslində bu əksinədir, eyni yerə vurmaq ehtimalı daha çox olur. Empire State ildə 25 dəfə ildırım zərbəsinə məruz qalır.
Dırnaq və saçlar öldükdən sonrada uzanırlar - Yalandır İnsan öldükdə bütün onda gedən proseslər dayanır. Belə fikir sadəcə optik illuziyadan yaranır. ÇÜnki öldükdən sonra bədən çoxlu maye itirir, dəri quruyur və bütün bunlar bu səhv ideyanın yaranmasına səbəb olur
Çin səddi hətta kosmosdan görünür - Daha bir yalan Əslində isə heç yerini biməsəm onu görmək demək olar ki, mümkün deyil. Misir Ehramları, təyyarə zolaqlarıda eyni ilə eyni cür görsənir
Fəsillər Yerin Günəşdən uzaqlaşmasından asılı olaraq dəyişilir - Yalan Əslində Yerin Günəşdən uzaqlaşması temperatur dəişikliyinə çoxda təsir etmir. Əsas məsələ Yerin oxunun Günəşə nəzərən maililiyindədir.
Saqqız həzm olunmur və ya çox gec həzm olunur. - Böyüklərin yalanı)) Əslində saqqızda adi yemək kimi həzm olunur