AZƏRBAYCANIN ƏN MƏŞHUR ULDUZLARI SMS-LƏRDƏ
“Azercell” abonentləri səsli mesaj xidməti təqdim etməyə hazırlaşır. İstehsalçı şirkətdən bildiriblər ki, layihədə Flora Kərimova, Nazpəri Dostəliyeva, Brilliant Dadaşova, Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, İradə İbrahimova, Röya, Elnarə, Manana, Samir Cavadzadə, Elnur Hüseynov, Zamiq, Namiq Qaraçuxurlu, Xəyyam Nisanov və Çelikin yer alıblar: “Insanlar bir-birlərinə ürək sözlərini, sevgi etiraflarını, bayram təbriklərini artıq reklamda yer alan məşhur müğənnilərin dilindən səsli mesaj vasitəsilə deyəcəklər”. Şirkətin əməkdaşı qeyd edib ki, artıq reklam çəkilişləri başa çatıb və yeni xidmətin reklamı bir-iki günə efirdə olacaq. |