Kosmosda Rusiya və Amerika peykləri toqquşub
NASA və "Roskosmos" qırıntıların Yer üçün böyük təhlükə yaratmayacağını bildirirlər, amma...
QayNar: 12 fevralda gecə saatlarında kosmosda indiyə qədər görünməmiş hadisə baş verib. Belə ki, Sibir üzərində, 805 kilometr yüksəklikdə Rusiya və ABŞ-ın rabitə peykləri toqquşub. Qaynar.info-nun beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, kosmosa 1993-cü ildə buraxılan və istismar müddəti başa çatdığına görə, artıq istifadə edilməyən “Kosmos 2251” peyki ilə ABŞ-ın “İridium” peyki ilə toqquşub. "İridium" ABŞ-ın “Motorola” şirkətinə məxsusdur və 1997-ci ildə buraxılıb. "Roskosmos"un mətbut katibi Aleksandr Vorobyovun verdiyi məlumata görə, toqquşmadan sonra əmələ gəlmiş qırıntılar Beynəlxalq Kosmik stansiya üçün birbaşa təhlükə yaratmır. NASA təmsilçisi Nikolas Conson da rus həmkarı ilə həmrəydir. Amma bununla belə, o, əlavə edib ki, Yerdən görünməyən hansısa kiçik hissəciklər hansısa təhlükə yarada bilər. Toqquşma nəticəsində kosmosda ən azı 600 hissəcikdən ibarət “peyk buludu” yaranıb. Qeyd edək ki, bu, kosmosda baş verən ilk anoloji hadisədir |