Главная
Регистрация
Вход
Şəmbə
23.11.2024
20:40
Приветствую Вас Qonaq | RSS
WwW.282.CLaN.Su

Категории раздела
MP3 Avto dünya
Şekiller İSlam
Müxtelif Proqramlar
Oyunlar Letifeler
Şeirler Meqaleler
Kitablar Sevgi
Mobil dünya Texnologiya
Video Klip
Kino Prikol
HaCKeR RoCK
Show Biznes Xeberler
Deb İdman
Futbol 282 Həyatı
Rep

Наш опрос
Kitab oxuyursan ?
[ Netice · Diger ]
Cavablar: 116

Мини-чат

Статистика

Saytda Olanlar 4
Qonaqlar 4
İstifadəçilər 0

  

19:21
Təbiətin qeyri adi 10 hadisəsi.
 
 
 
Təbiətin 10 qeyri-adi hadisəsi

1.Qütb parıltısı
Qütb parıltısı yalnız yuxarı enliklərdə müşahidə olunan təbiətin gözəl optiki hadisələrdən biridir. əksər hallarda qütb parıltısı mavi-ağ olur və yalnız nadir hallarda çoxrəngli parıltıya təsadüf etmək olar. Qütb parıltısı Yer kürəsinə yerətrafı kosmik mühitdən geomaqnit sahənin güc xətləri istiqamətində hərəkət edən yüklü hissəciklərin atmosferin yuxarı qatların bombalaması nəticəsində yaranır. Qütb parıltısı bir neçə saatdan bir neçə günə qədər davam edir və öz qeyri adi gözəlliyi ilə insanları valeh edi

Təbiətin 10 qeyri-adi hadisəsi

2. İldırım və şar ildırım
İstənilən şimşək mühitdən asılı olaraq müxtəlif forma alan elektrik cərəyanıdır. əvvəllər yanan şar adlandırılan şar ildırım xüsusilə maraqlıdır. Şar ildırımların yaranma təbiəti dəqiq deyil. Bəzən onları ev və təyyarələrin daxilində də müşahidə etmişlər. Şar ildırımların davranışı da hələ dəqiq məlum deyil. Şar ildırımların davranışı da hələ dəqiq məlum deyil. Şar ildırım yanar-qırmızı, narıncı və ya sarı rəngdə olub, itənə qədər havada uça bilər. İldırım həmişə göy gurultusu və parlaq işıqla müşahidə olunur. Hər birimiz adi xətli şimşəyi müşahidə etmişik, lakin şar şimşək nadir hallarda təsadüf edilir. Təbiətdə hər adi xətli şimşəyə təxminən 2-3 şar şimşək düşür.

Təbiətin 10 qeyri-adi hadisəsi

3. Göy ay

Hamımız adi ayı görməyə öyrəşmişik, lakin bəzən yüksək rütubət, atmosferin tozlanması və digər səbəblərdən Ay müxtəlif rənglərə boyanmış görsənir. Xüsusən göy və qırmızı Ay daha qeyri-adidir.Göy ay çox nadir təbiət hadisəsidir. Göy ay kül və his zamanı yaranır. Misal üçün kanadada meşələr yanan zaman ay bütün həftəni göy rəngdə oldu.

Təbiətin 10 qeyri-adi hadisəsi

4. “Yanar” yağış (ulduzlu yağış)

Əslində göydən ulduzlar deyil meteoritlər düşür və onlar Yerin atmosferinə daxil olaraq qızır və yanırlar. Bu zaman Yer səthindən kifayət qədər uzaqda işıq görünür. Adətən ulduz və ya meteor yağışını yüksək intensivlə (saatda min meteoritə qədər) meteor axını adlandırırlar. Meteor axını Yer səthinə çatmayan atmosferdə yanan meteordan, meteor yağışı isə yerə düşən meteoritlərdən ibarətdir. Əvvəllər bu iki anlayış arasında fərq qoyulmurdu və hər ikisini “yanar yağış” adlandırırdılar. Maraqlı fakt: hər il meteorit qalıqlarından və kosmik tozun hesabına Yer kürəsinin kütləsi orta hesabla 5 milyard ton artır.

Təbiətin 10 qeyri-adi hadisəsi

5. İlğım

Geniş yayılmasına baxmayaraq vahə həmişə mistik hiss yaradır. Əksər vahələr qızmış havanın optik xüsusiyyətlərini dəyişməsi ilə əlaqədar olduğunu bilirik. Vahə- insanların düşüncəsini heyrətləndirən elm tərəfindən çoxdan izah edilmiş hadisədir. Optik effektin əsasında havanın sıxlığının şaquli istiqamətdə yayılması durur. Müəyyən şəraitdə bu üfüqi istiqamətdə təsvirlərin yaranmasına səbəb olur.

Təbiətin 10 qeyri-adi hadisəsi

6. 2 qat qabarıq buludlar

2 qat qabarıq buludlar (lenticular mammatus) – nadir meteoroloji hadisədir. Bu şəkil Missuri ştatının Coplin şəhərindən 2005-ci ilin mayın 24-də çəkilmişdir. Şəhər əhalisi səhər tezdən bu qəribə təbiət hadisəsini müşahidə edə bilmişlər. Sonuncu dəfə bu hadisə 30 il bundan əvvəl burada qeydə alınmışdır.

Təbiətin 10 qeyri-adi hadisəsi

7. Müqəddəs Elmanın işıqları

Müqəddəs Elmanın işıqları təbiətin gözəl və qeyri adi hadisəsidir. İlk dəfə bu hadisəni dənizçilər gəminin dor ağacında və digər şaquli vəziyyətdə duran tiklilərdə müşahidə etmişlər. Bu gözəl işıq verən şarlar şimşək, tufan və ya güclü qasırğa zamanı elektrik sahəsinin yüksək gərginliyi nəticəsində yaranır. Bəzən Müqəddəs Elmanın işıqları hadisəsi elektrik və radio cihazlarının sıradan çıxmasına səbəb olur.

Təbiətin 10 qeyri-adi hadisəsi

8. Qloriya

Axşam dağda alçaq buludların altında tonqal qalasanız bu axşam sizin kölgəniz buludlarda əks olunacaq və sizin başınızın ətrafında işıqlanan areal yaranacaq. Bu hadisə qloriya adlanır. Qloriya optiki hadisə olub, işıqlanma mənbəyinə əks nöqtədə olan müşahidəçinin önündə yerləşən buludlarda müşahidə olunur. Çində qloriyanı müqəddəs Budda adlandırırlar.

Təbiətin 10 qeyri-adi hadisəsi

9. Yanar göy qurşağı

Yanar göy qurşağı adlanan bu qövsü od deyil, buz yaradır. Yanan göy qurşağının yaranması üçün günəşdən üfüqdən 58 dərəcə yuxarı qalxmaq və göy üzündə yumşaq bulud olmalıdır. Bundan əlavə yumşaq buludların təşkil olduğu çoxlu sayda yastı altıbucaqlı kristallar günəş şüasını sındırmaq üçün üfüqi şəkildə yerləşməlidir. Buna görə yanar göy qurşağını çox nadir hallarda müşahidə etmək olar.

Təbiətin 10 qeyri-adi hadisəsi

10. Venera qurşağı (halqası)

Ala toran vaxtı, günəşin çıxmasına yaxın və ya onun batmasından dərhal sonra üfüqdə göyün bu hissəsi rəngsiz, digər hissəsi isə çəhrayı rəngdə olur. Bu hadisə Venera qurşağı adlanır. Rəngsiz zolağı artıq qaralmış və mavi göy arasında hər tərəfdə, hətta günəşin əks istiqamətində də görmək olar. Maviləşmiş göyü günəş şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. Venera qurşağının yaranmasını çıxan (və ya batan) günəşin şüalarının atmosferdə əks olunması ilə izah etmək olar. Venera qurşağı istənilən yerdə təmiz olduqda görmək olar.
Категория: Müxtelif | Просмотров: 924 | Добавил: Eti_282 | Рейтинг: 0.0/0
Всего комментариев: 6
0  
 
ILKIN yazdıki >> twk xebere gore 
__________
İstifadəçiəçi Adı:sevirem_sevecem
İP:85.132.4.196
Tarix: 10.07.2011 ,17:04.

0  
 
Leyla yazdıki >> happy smile 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.206
Tarix: 27.06.2011 ,18:55.

0  
 
Leyla yazdıki >> tsk 
__________
İstifadəçiəçi Adı:Danger-girl
İP:88.151.194.206
Tarix: 27.06.2011 ,18:55.

0  
 
farida yazdıki >> Xebere gore tesekkur thanksyou 
__________
İstifadəçiəçi Adı:fatinka
İP:62.217.147.1
Tarix: 15.02.2009 ,19:05.

0  
 
Anonim yazdıki >> tesekkurler maraqlidir. thanksyou 
__________
İstifadəçiəçi Adı:merve
İP:82.118.138.197
Tarix: 14.02.2009 ,20:12.

0  
 
Lider yazdıki >> Xebere gore tesekkurler 
__________
İstifadəçiəçi Adı:Lider
İP:85.132.117.74
Tarix: 14.02.2009 ,19:46.

Добавлять комментарии могут только зарегистрированные пользователи.
[ Регистрация | Вход ]

Вход на сайт

Поиск

Календарь

Архив записей

Друзья сайта

Copyright MyCorp © 2024