Ermənistanı Avroviziyada iki bacı təmsil edəcək
Arşakyan bacıları fevralın 14-də İrəvanda keçirilən seçmə mərhələdə 21 nəfər arasından sms səsverməsi yolu ilə seçilib
Ermənistanı “Avroviziya-2009” mahnı müsabiqəsində Anuş və İnqa Arşakyan bacıları təmsil edəcəklər. ANSPRESS “Armtoday” saytına istinadən məlumat verir ki, Arşakyan bacıları fevralın 14-də İrəvanda keçirilən seçmə mərhələdə 21 nəfər arasından sms səsverməsi yolu ilə seçiliblər. Erməni təmsilçilərinin oxuyacaqları "Nor par" (Yeni rəqs") mahnısı isə iki dildə (erməni-ingilis) ifa olunacaq. Qeyd edək ki, Avroviziya müsabiqəsinin rəsmi saytında da mahnının adı "Nor par" kimi təqdim olunsa da, "Novosti-Armeniya" agentliyi mahnının adını "Can-can" kimi təqdim edib.
Qeyd edək ki, bu il “Avroviziya” müsabiqəsi Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Mayın 12-də keçiriləcək birinci yarımfinalda Bosniya və Hersoqovina, İsveç, İsrail, Belçika, Andorra, Çexiya, Çernoqoriya, İslandiya, Gürcüstan, Boqlarıstan, Portuqaliya, İseçrə, Makedoniya, Finlandiya, Belarus və Türkiyə, Rumıniya, Malta və Ermənistan təmsilçiləri çıxış edəcək. Mayın 14-də keçiriləcək ikinci yarımfinalda isə, Sloveniya, Danimarka, Azərbaycan, Niderland, Latviya, Macarıstan, Serbiya, Norveç, Ukrayna, Yunanıstan, Litva, Polşa, Xorvatoya, Estonoya, Moldova, Kipr, İrlandiya, Slovakiya və Albaniya çıxış edəcək.
Azərbaycanı bu dəfəki müsabiqədə Aysel Teymurzadə və Araş dueti "Always" mahnısı ilə təmsil edəcək./ANSPRESS |