«Qondarma erməni soyqırımı layihəsinin ABŞ konqresində gündəmə gətirilməsi Türkiyə-Amerika əlaqələrinə zərər vura bilər»
Türkiyə prezidenti Abdulla Gül belə deyib
«Qondarma soyqırımla bağlı erməni lobbisinin təqdim etmək istədiyi qərar layihəsinin Amerika Birləşmiş Ştatları konqresində gündəmə gətirilməsi Türkiyə-Amerika əlaqələrinə zərər vura bilər». Türkiyə mətbuatının yaydığı məlumata görə, Türkiyə prezidenti Abdulla Gül belə deyib. O, bu fikri Amerika senatındakı əksəriyyət qrupunun sədr müavini senator Riçard Durbinlə görüşündə səsləndirib. Türkiyənin dövlət başçısı bildirib ki, bu qanun layihəsi, Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması prosesinə də xələl vura bilər./ANS TV/ |