NASA-dan qorxunc açıqlama: “Planetimizdə temperatur yüksəlişinin qarşısı alınmalıdır”
Əgər bəşəriyyət planetdə aramsız temperatur yüksəlişinin qarşısını ala bilməsə, sivilizasiyamız tezliklə öz sonunu qarşılamalı olacaq. Bu qorxunc fikri uzun illər ABŞ-da Kosmik Uçuşlar Mərkəzində (NASA) və Kolumbiya Universitetində çalışmış italiyalı alim Vittorio Kanuto səsləndirib.
Onun sözlərinə görə, indi sənaye və avtomobil tullantıları formasında atmosferə atılan karbon qazının 50%-ni okean yosunları udur. Onların bu funksiyası suyun temperaturunun yüksəlməsi və nəticədə maddələr mübadiləsinin zəifləməsi hesabına ilbəil azalır. Kanuto qlobal istiləşmənin daha bir fəsadı olaraq buzlaqların əriməsini xatırladır. O, həmin problemin dünya okeanı sahilləri boyunca yaşayan 40-50 milyon insanın ev-eşiksiz qala biləcəyini deyir.