GƏNC QIZLAR ELNARƏYƏ ETİRAZ ETDİ
Müənnini "Ay qız, oyan" mahnısının sözlərini dəyişməyə məcbur etdilər
Müğənni Elnarənin ifasında məşhurlaşan, amma bir çox gənc qızların etirazına səbəb olan "Ay qız, oyan" mahnısının yeni versiyası hazırlanır. Müğənninin bildirdiyinə görə, onu bu addımı atmağa həmyaşıdları vadar ediblər. Belə ki, mövzusu gənc qızın oğlan dostu tərəfindən aldanıldığını göstərən mahnıda Elnarə onları ayıq olmağa səsləyir. Mahnı geniş dinləyici auditoriyasına təqdim olunandan sonra ona çoxlu müraciətlər gəlib. Gənc qızların əksəriyyəti mahnının sözləri ilə razılaşmayaraq Elnarəni bir qədər qınayıblar. Müğənni həm onların müraciətini nəzərə alıb, həm də mahnının yeni versiyasının hazırlanması üçün müəllif Murad Arifə müraciət edib. Onlar çox düşünmədən bu qənaətə gəliblər ki, yeni versiyada qızın oğlan dostu tərəfindən sevildiyini göstərsinlər: "Diqqətinizə çatdırım ki, əvvəlki versiyada "Ay qız, oyan, o artıq sevmir səni" səslənirdi. İndi isə "Ay qız, inan, o artıq sevir səni" ifadəsi əksini tapacaq". Elnarə mahnılarından birinin efir versiyasının tezliklə ekranlara çıxarılacağını bildirdi. Sözünə əlavə olaraq isə qeyd etdi ki, klipinin təqdimatından sonra o, yeni albomunun hazırlıqlarına başlayacaq. Müğənni yaxın günlərdə yaradıcılıq səfərinin baş tutacağını da bildirdi. // 282 |