Atalar Sozleri
1. Qüvvə hər şeyi sındırar, ağıl –qüvvəni.
2. Qul vurdu özünü öldürdü ki, ağama zərər olsun.
3. Davakarın şah olsa, ərizəni Allaha yaz.
4. Paxıla Tanrı verməz, versə də qarnı doymaz.
5. Qaziyə salam verdilər, rüşvət deyil deyə almadı.
6. Camal gedər, kamal qalar.
7. Od qalar köz olar, qız qalar söz olar.
8. QÜRBƏT-adı bəd!
9. Dolu tüfəng birisini qorxudar, boş tüfəng ikisini.
10. Od insanı həm qızdırar, həm də yandırar.
11. Qalan isə qar yağar.
12. Mal yığınca, ağıl yığ.
13. Küsmək barışmağa aparan yoldur.
14. Altını görmədiyin qabdan , su içmə.
15. Zəhmətlə yeyilən acı soğan, minnətlə yeyilən baldan şirindir.
16. İşi düşəndə arar məni, işi düşməyəndə qovar məni.
17. Ac ol, kişi ol.
18. Tapılan tapanın olsa, naxırçı onda bəy olar.
19. Hər kəs ata bilər, amma vura bilməz.
20. Nə ölüyə hay verir, nə diriyə pay.
Fikirlərinizi bizimlə bölüşün..
|