Sağlamlığınıza gənc yaşlarından ciddi fikir verin. Və belinizin sağlamlığı üçün bəzi məsləhətlərə əməl edin.
*Artıq çəkilərdən azad olun
*Ani (cəld) hərəkətlərdən uzaq olun
*Yatağınızı yumşaq eləməyin
*Təkcə fiziki cəhətdən deyil, mənəvi olaraq da dincəlin
*Əlinizdə yük aparanda bədəninizə yaxın tutun
*Yerdən nəsə götürəndə tam əyilərək götürün
*Ağır nəsə daşıyarkən belinizi dik tutun
*Ağır yükü belinizdən yüksəyə qaldırmayın.
*Televizor, kompüter qarşısında saatlarla hərəkətsiz oturmayın. (yükdən daha çox ziyandı belinizə)
*Hər gün ən azı 15 dəqiqə gəzin və ya qaçın
*Süd, yoqurt, pendir kimi məhsullara öyrəşdirin özünüzü
*Oturaq işdəsinizsə səhərlər qaçmağınız məsləhətdi
*Oturanda qəfil oturmayın (yəni özünüzü kresloya çırpmayın)
*Oturarkən yerdən əyilib nəsə göztürməyin.
*Maşın sürərkən oturacağa söykənin (bəziləri kimi sükanı qucaqlamayın)
*Və stulda oturarkən çalışın beliniz dik qalsın
Bu məsləhətlərə əməl edin. Qocalanda beliniz bükülməsin... Hamınıza sağlam həyat arzu eliyirəm.. |