İlk kompüter 1946-cı ildə ABŞ-da yaradılmış ENİAC (Electronic Numerical İntegrator And Computer – Elektron Ədədi İnteqrator və Hesablayıcı) oldu. Bu kompüterin sxemləri elektron lampalar əsasında yaradılmışdır. ABŞ ordusunun sifarişi ilə Ballistik Tədqiqatlar Laboratoriyasında atəş cədvəllərini hesablmq üçün yaradılan ENİAC ən müxtəlif məsələləri həll edə bilmək üçün yenidən proqramlaşdırıla bilən ilk genişmiqyaslı, elektron, rəqəmli kompüter idi. Kompüterin arxitekturası 1943-cü ildə Pensilvaniya Universitetinin alimləri Con Presper Ekert və Con Uilyam Moçli tərəfindən işlənib hazırlanmısdı. ENİAC-da komponent bazasının əsası kimi vakuum lampalarından istifadə olunmuşdu. Kompleksə, ümumən, 17468 lampa, 7200 silisium diod, 1500 rele, 70000 rezistor və 10000 kondensator daxil idi. Onun işləməsi üçün 150 kilovat güc tələb olunurdu. Hesablamalar onluq sistemi ilə aparılırdı və bir saniyədə 300 vurma əməli, yaxud 5000 toplama əməli yerinə yetirilirdi. Çəkisi 30 ton olan bu maşın təxminən 167 kvadrat metr tuturdu |