Zəlzələnin ən sıx olduğu ölkələrdən biri olan Yaponiyada zəlzələ xəbərdarlığını edən saat icad olundu. Bir elektronik və bir saat qrupunun əməkdaşlıqla inkişaf etdirilən divar saatı, erkən zəlzələ xəbərdarlığı siqnalını antenasıyla qəbul edir və sahibini səsli olaraq xəbərdar edir. Zəlzələ xəbərdarlığı gəlincə, digital saatın ətrafı dəyişik rənglərdə yanıb sönür, saat və tarixin yazdığı LCD ekranında bu dəfə zəlzələyə neçə saniyə qaldığı və zəlzələ böyüklüyünьn nə qədər olacağını yazır. Bütün bunlara səsli mesaj yoldaşlıq edir. Yapon Meteoroloji Təşkilatının inkişaf etdirdiyi erkən xəbərdarlıq sistemi, zəlzələ riskini TV-lər və radiolar başda olmaq üzrə müxtəlif vasitələrlə insanlara çatdırır. Saatı inkişaf etdirən şirkət, bu xəbərdarlığı radio siqnalıyla saata göndərir. Həyəcan yalnız böyük sarsıntı riski meydana çıxınca verilir. Bir şirkət səlahiyyətlisi, "Saatımız prototip mərhələsində. Bazara sürəcəyimiz tarixi hələ təyin etmədik" dedi |