Yıldız Tilbeni ölümlə hədələyirlər
Türk müğənnisi Yıldız Tilbe ilə İbrahim Tatlısəs arasındakı döyüş gedərək böyüyür. Xatırladaq ki, bu qarşıdurma Tatlısəsin Tilbeyə "Səni pəzəvənglərin əlindən qurtardım" deməsiylə başlamışdı. Y.Tilbe canının təhlükədə olduğunu və hədə-qorxu mesajları aldığını iddia edərək, polisə müraciət edib. Y.Tilbe Türkiyə mətbuatına açıqlamasında da olayı təsdiq edib: "Telefonla mənə 2 gülləlik canın var, sənin də növbən çatdı deyirlər". Qeyd edək ki, Y.Tilbe İbrahim Tatlısəsə də qadağa qoyub. Qadağa Tilbenin 7 mahnısının Tatlısəs tərəfindən bir daha oxumaması ilə bağlıdır. Xatırladaq ki, iki sənətçi arasında qalmaqal "İbo Show"da baş vermişdi |