Astronomiya mütəxəsisləri kainatda nəhəng bir göz bənzəri kəşf ediblər. Çilidəki “La Silla” rəsədxanasındakı astronomiya mütəxəsisləri 700 işıq ili məsafədə Kova ulduzunda nəhəng bir gözə bənzəyən yaradılış kəşf etdiklərini açıqlayıblar. “Tanrının Gözü” adı verdikləri bu yaradılışı araşdıran mütəxəsislər bildiriblər ki, bu yaradılış Heliks Nebulasında olan ulduzun ölümü ilə yaranan qaz və toz bulududur. Günəşin də bir ulduz olduğu qənaətinə gələn mütəxəsislər qeyd ediblər ki, 5 milyard ildən sonra Günəşin də aqibəti belə olacaq. Qeyd edək ki, “Tanrının Gözü” kimi adlandırılan bu yaradılış astronomiya ilə maraqlanan həvəskarlar tərəfindən də müşahidə edilə biləcək. // 282