İnanılmaz bir hadisə bu dəfə Azerbaycanın ən gözəl rayonlarından biri olan Ağdaşda baş verib. Yəginki bu hadisəni Tv kanallarında izləmisiniz. Ağdaşın “Qaradağlı” kəndində İlan gözəl bir qıza vurulub. Hər gün həyətə gələn ilan qızın həyətdə gördüyü bütün işləri izləyir onun yanında gəlib dayanır, qız sakit dayananda isə onun boynuna sarılır yanaqından dişləyir, ancaq zəhərləmir. Qorxusundan ilanı hər dəfə üstündən atan qızdan ilan əl çəkmir. Gah əlinə gah ayağına sarılan ilanın qorxusundan qızın hər dəfə ürəyi gedir. Yerə uzanmış qızın yanında dayanan ilan sadəcə qızın sifətinə baxır və onun ayılmasını gözləyir.
Qəribəsi odur ki, İlanı qızdan başqa heç kim görməyib. Rayon icra hakimiyyəti xüsüsi ilantutan gətirib, yerə qum səpərək ilanın izini tapa bilən ilantutan ilanı tutmağın çətin olacağını deyib. İlan qırmızı rəngdədir və digər ilanlardan bir az seçilir. Dəfələrlə özünü öldümək istəyən qız qorxu içində yaşayır. İlan sadəcə qız tək olduğu anda onu yanına gəlir. Hesab edilir ki, vaxtı ilə həmin qızı sevən bir oğlan olub, qızı oğlana vermədikdən sonra oğlan çıxıb gedib və bir daha o oğlanı görən olmayıb. Kənddəki dedi-qoduya görə bu həmin oğlanın sevgisidir.
Bu qəribə hala qarşı fikriniz nədir? Sizcə İlan masum bir qızı necə sevə bilər
|