Məhəmməd peyğəmbər (s.ə.s):
Bir nəfər Məhəmməd Peyğəmbərdən(s.ə.s) soruşur:"Ey Allahın rəsulu! Mən böyük həvəslə cihad etmək istəyirəm". Peyğəmbər deyir:"Elə isə Allah yolunda cihad et. Çünki əgər şəhid olsan Allah yanında diri olarsan və sənə ruzi bəxş edilər. Əgər yolda ölsən sənin mükafatın Allahın öhtəsindədir. Və nəhayət əgər cihaddan qayıtsan anadan olduğun kimi günahlardan təmizlənəcəksən. Sonra həmin insan sevimli Peyğəmbərimizə belə deyir: " Ey Allahın rəsulu! Mənim qoca ata- anam var. Onlar yalnız mənim cihada getməyimi istəmirlər". Peyəmbər(s.ə.s) bunu eşidən kimi ona belə cavab verir" Onda ata9ananla qal. Allaha and olsun sənin onlarla bir gecə-gündüz ünsiyyətdə olmağın birillik cihadından yaxşıdır".
İMAM Sadiq(ə) təvəzökar insan haqqında bunları demişdir:
" Təvəzökar insan məclisin aşağı tərəfində oturmaqla razılaşar. Rastına çıxdığı hər kəslə salamlaşır. Haqlı olsa da mübahisəni uzatmaqdan çəkinir. Təriflənməyi xoşlamır" |