Qadınlar dünyanın şöhrət tacıdır,
Qadınlar dünyanın vüqar zirvəsi.
Həyatın ən böyük ehtiyacıdır
Qadın məhəbbəti, qadın nəfəsi.
Qadınlar dünyanın ən cəfakeşi
Qadınlar dünyanın ən bəxtəvəri
Hər evin qadındır tale günəşi
Hər ömrün qadındır şirin bəhəri
Mən sizə həyatda nə diləyirəm
Məhəbbət, gözəllik, yüksəliş, həvəs!
Sizsiniz hər evin müqəddəsliyi.
Həyatın cövhəri, dadı sizsiniz
___________________________________________
8 Martın beynəlxalq qadınlar günü elan edilməsi haqda qərar 1910-cu ildə, sosialist qadınların Konpenhagendə keçirilən ikinci beynəlxalq konfransında qəbul edilib. Bayram ilk dəfə 1911-ci ildə ABŞ-da və bir sıra Avropa ölkələrində qeyd olunub. 8 mart 1966-cı ildə SSRİ rəhbəri Leonid Brejnevin sərəncamı ilə qeyri-iş günü və dövlət səviyyəli bayram elan edilib.1966-cı ildən bu günə kimi 8 mart “Dünya Beynəlxalq Qadınlar” bayramı kimi qeyd edilir.
_____________________________________
8-Mart Dünya Qadınlarının Bayramı Münasibəti ilə, Bütün Qadınların Bayramıbı Ürəkdən Təbrik edirəm.
_____________________________________
Qadın – yurdun özülüdür, qadının xoşbəxtliyi vətənin xoşbəxtliyidir, qadının tərəqqisi – ölkənin tərəqqisidir...
MƏHƏMMƏD PEYĞƏMBƏR
|