Главная » 2009»Mart»8 » Rusiyanı «Eurovision-2009»da Anastasiya təmsil edəcək!
15:24
Rusiyanı «Eurovision-2009»da Anastasiya təmsil edəcək!
Rusiyanı «Eurovision-2009»da Anastasiya təmsil edəcək!
Rusiyanı «Eurovision-2009» mahnı müsabiqəsində təmsil edəcək iştirakçının adı artıq bəllidir. Bu Anastasiya Prixodkodur. Onun bu müsabiqədə iştirak etməsi üçün seçim turunu izləyən altı münsif rəy verib. Bundan əvvəl isə tamaşaçıların istəyi ilə üç finalçı seçilmişdi. Bunlar Anastasiya Prixodko, Valeriya və «Kvatro» qrupu idilər. Ümumi seçim turunda isə 16 nəfər mübaizə aparıb. Xatırladaq ki, 2008-ci ildə Belqradda keçirilən «Eurovision-2008» mahnı müsabiqəsinin qalibi Rusiya təmsilçisi Dima Bilan olmuşdu. Bunun üçün də Rusiya avtomatik olaraq, mayın 16-da Moskvada keçiriləcək müsabiqəninin final mərhələsinə adlayıb. Azərbaycanı isə adıçəkilən müsabiqədə 19 yaşlı Aysel Teymurzadə və Araş təmsil edəcək. /282/