Aksessuar ustası Müəmmər Ketenci may ayında Moskvada keçiriləcək 54-cü “Evrovision” mahnı yarışmasında Türkiyəni təmsil edəcək Hadisə üçün hazırladığı kostyumu tamamlayıb. Ketenci jurnalistlərə Hadisənin Moskva arenasında geyəcəyi libasın hazırlanma ideyasının dostlarından gəldiyini söyləyib. Libasda qumaş işlənməyəcək, tamamilə akssesuarlardan ibarət olacaq. Ketenci bu barədə belə deyib: "Bir aksessuarçı olaraq qumaşdan istifadə etmək mənə tərs gələrdi". Müəmmər Ketenci Hadisənin bu kostyümü bəyənəcəyinə olan inamının tam olduğunu qeyd edib. Hələlik Hadisə xarici ölkələrdə uğurlu konsertlər verməkdədir. Türkiyəyə dönəndən sonra o, Ketencinin hazırladığı libası geyinib baxmalıdır.