Söylə ,yadındamı o axşam çağı, Dinməyən mən oldum ,dinən sən oldun? İlk eşqin ocağı alovlanmamış Sönməyən mən oldum ,sönən sən oldun.
Doymamış sabahın tər nəfəsindən, Sevdalı quşların təranəsindən, Sözündən ,əhlindən,iradəsindən Dönməyən mən oldum,dönən sən oldun.
Pozuldu ilqarın,dəyişdi andın, Torpaqda alışıb havada yandın Axır gözlərinlə görüb inandın Enməyən mən oldum,enən sən oldun. |